Şriftin ölçüsü / 468

Ermənistanın işğalçılıq siyasəti dəyişməyəcək

24 Aprel 2018 [19:08]

AMİP Siyasi Şurasının üzvü Əli Orucov Ermənistanda baş verən hadisələri və Serj Sərkisyanın hakimiyyətdən getməsinin Qarabağ məsələsinə təsir edə biləcəyi barədə "Yeni Müsavat” qəzetinin əməkdaşının sualını şərh edərək bildirib :

"Oncə Ermənistanda baş verən hadisələrin mahiyyətinə və bu proseslərin nəticələrinin regiona necə təsir göstərə biləcəyinə varmaq lazımdır. Qeyd etməliyəm ki, Ermənistandaki böhran çoxdan vardı və bu təkcə iqtisadi- soial sahədə deyil, siyasi sahədə də davam edirdi. Eks-prezidentin Baş nazir təyinatı isə bu böhranı pik nöqtəsinə çatdıraraq küçələrə daşıdı. Xalq böhranın baiskarına yenidən ən yüksək post vermək istəmədi. Əslində Paşinyan kütləvi etirazçıların üzdə olan lideri kimi görünsə də, prosesi idarə etmir. Bildiyiniz kimi referendumla Ermənistanda dövlət idarəetmə forması dəyişdirilərək parlament idarə-üsuluna