AMİPçilər Etibar Məmmədovun doğum gününü təbrik etdilər
02 Aprel 2018 [14:01]
Milli İstiqlalçıların AMİP lideri Etibar Məmmədovun
ad günü münasibəti ilə bağlı
Təbriki
Əziz Etibar bəy!
Sizi doğum
gününüz münasibəti ilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm can sağlığı,
uzun ömür, işlərinizdə və fəaliyyətinizdə bundan sonra da uğurlar arzulayırıq.
Bilirik ki, Siz hər cür təmtəraqdan, pafosdan və tərifdən
uzaqsınız. Ona gərə də Sizin doğum gününüz münasibətilə ünvanladığımız təbrikdə
bunların heç birindən istifadə etməyəcəyik, buna gərək də yoxdur. Sadəcə onu deyirik; Etibar bəy biz Sizi
sevirik və Sizə sayğımız sonsuzdur. Siz Bütöv və bütün Azərbaycanın Etibarı,
Etibarlı Gələcəyisiniz. Sizin ideyalarınıza və daşıdığınız ali dəyərlərə
daima sadiqik. Bütün çətinliklərə, sınaqlara, təqib və təzyiqlərə rəğmən, Sizinlə
çiyin-çiyinə mübarizəyə davam etməyə, Vətən və Millət üçün mücadiləyə bundan
sonra da varıq. Sizə inanırıq və güvənirik. Bu güvən və inam bizləri daha qətiyyətli,
daha nikbin, daha əzmkar edir.
Sizin rəhbərliyinizlə Azərbaycan Xalq Hərəkatı Milli Azadlıq Hərəkatı
xarakteri aldı və bu müstəqilliyimizə təkrarən qovuşmağımızla sonuclandı.
Sovet İmperiyasının xalqımıza qarşı törətdiyi 20 Yanvar qırğınlarının, eləcə informasiya
blokadasını qırıb Azərbaycanın haqq və etiraz səsinin hətta Moskvanın özündə
ucaldılması da məhz Sizin cəsarətiniz və millətinizə dərin sevginizlə bağlı
idi.
Yenicə müstəqilliyinə qovuşan dövlətimizin beynəlxalq
aləmdə rəsmən tanınması da Sizin zəhmətinizin məhsuludur.
Erməni təcavüzünə qarşı qəhrəmanlıqla vuruşan Milli
Ordumuzun yenidən formalaşmasında və silah-sursatla təminatında böyük rol
oynamısınız.
Totalitar
siyasi sistemdən çoxpartiyalı demokratik sistemə keçidin əsası da məhz rəhbərliyinizlə
Azərbaycan Milli İstiqlal Partiyası ilə qoyuldu. AMİP adlı böyük, mehriban,
qarşılıqlı hörmətə, demokratik prinsiplərə əsaslanan, xalqın geniş dəstəyini
qazanan, beynəlxalq nüfuza malik partiyada bir ailə kimi fəaliyyət göstərmək
imkanı yaratdığınıza, həmçinin özümüzə saysız-hesabsız sadiq dostlar
qazanmağımıza görə Sizə dərin təşəkkürümüzü bildiririk.
Çağdaş Azərbaycan tarixində və siyasi həyatında bu kimi ilklərlə tövhə verən hörmətli Liderimiz, inanırıq ki,
demokratik, bütov, inkişaf etmiş Azərbaycanımızın qurulması da məhz Sizin rəhbərliyinizlə
həyata keçəcək. Ulu tanrı Sizi qorusun!