Şriftin ölçüsü / 369

Rövşən Əhmədov belə şou yaratmaq əvəzinə...

22 Dekabr 2017 [17:35]
Rövşən Əhmədovun mətbuatda özünü zəhərləyərək intihar cəhd etməsi barədə xəbər yayması şou xarakteri daşıyır və məhkəmənin diqqətini başqa tərəfə yönəltmək cəhdindən başqa bir şey deyil.

Bu barədə oxu.az-a Vəkillər Kollegiyasının üzvü, Çingiz Baxşıyevin vəkili Ceyhun Yusifov bildirib.

Vəkil qeyd edib ki, R. Əhmədovun Ç. Baxşıyevin ailəsinə məxsus zinət əşyalarını mənimsəməsi məhkəmə tərəfindən tam ifşa olunub, həmin insan bunu gözəl başa düşür.

C.Yusifovun sözlırinə görə, R. Əhmədov məhkəmənin diqqətini yayındırmaq üçün guya 4 yuxu dərmanı içərək intihara cəhd etdiyi görüntüsü yaradır:

"R. Əhmədov belə şou yaratmaq əvəzinə, mənimsədiyi və Ç. Baxşıyevin ailəsinə məxsus əmlakı qaytarsa, bu, onun işinə daha müsbət təsir edərdi, nəinki belə şou yaratmaq.

Məhkəmədə ifşa olunan Rövşən Əhmədov öz cinayət əməlini tam dərk etdiyi üçün növbəti dəfə artistlik edərək, məhkəməyə və ictimaiyyətə təsir etmək istəyir. R. Əhmədovun bu əməli şoudan başqa bir şey deyil.

Ümumilikdə, R. Əhmədov dəfələrlə belə yollara baş vurub. O, xəstəliyini bəhanə gətirərək məhkəmələrdə iştirak etməyib”.

Ceyhun Yusifov qeyd edib ki, hüquqa təsir xarakteri daşıyan istənilən əməl qanunaziddir, üstəlik, cinayət məsuliyyəti daşıyır.


Millət