Şriftin ölçüsü / 653

MDB mə­ka­nın­da se­pa­rat­çı ocaq­la­rın ya­ran­ma­sın­da Ru­si­ya­nın müs­təs­na ro­lu var

11 May 2017 [17:44]
Ar­zu­xan Əli­za­də: "Bu­na eti­raz əla­mə­ti ola­raq növ­bə­ti il bu ak­si­ya­da Azər­bay­can iş­ti­rak et­mə­mə­li­dir"

Mosk­va­da hər il ke­çi­ri­lən ənə­nə­vi "Öl­məz alay" ad­lı ak­si­ya za­ma­nı er­mə­ni di­as­po­ru təx­ri­ba­ta əl atıb. Ak­si­ya za­ma­nı er­mə­ni di­as­po­ru­nun nü­ma­yən­də­lə­ri əl­lə­rin­də qon­dar­ma se­pa­rat­çı re­ji­min bay­raq­la­rı­nı tu­ta­raq "Art­sax" de­yə qış­qı­rıb. "Be­la­russ­ka­ya" met­ros­tan­si­ya­sı­nın ya­nın­da er­mə­ni­lər­lə Azər­bay­can di­as­po­ru­nun gənc fə­al­la­rı ara­sın­da mü­ba­hi­sə ya­ra­nıb. Azər­bay­can­lı gənc di­as­por fə­al­la­rı er­mə­ni­lər­dən qon­dar­ma re­ji­min bay­ra­ğı­nın yı­ğış­dı­rıl­ma­sı­nı tə­ləb edib. Bu za­man er­mə­ni­lər azər­bay­can­lı­la­ra hü­cum edib. Nə­ti­cə­də azər­bay­can­lı iş­ti­rak­çı­lar­dan bə­zi­lə­ri xə­sa­rət alıb. Ha­di­sə ye­rin­də olan po­lis əmək­daş­la­rı dər­hal toq­quş­ma­ya mü­da­xi­lə edib.

Ey­ni ilə ak­si­ya­da ke­şik çə­kən po­lis və xü­su­si tə­yi­nat­lı po­lis dəs­tə­lə­rin­dən er­mə­ni­lə­rin hə­min bay­ra­ğı yı­ğış­dır­ma­sı tə­ləb olu­nub. La­kin po­lis bu­na mə­həl qoy­ma­yıb. Er­mə­ni­lər­lə həm­yer­li­lə­ri­miz ara­sın­da mü­ba­hi­sə­nin qar­şı­sı­nı al­maq üçün er­mə­ni­lə­rin ko­lo­nu OMON-un mü­şa­yiə­ti ilə irə­li bu­ra­xı­lıb. Ak­si­ya­nın azər­bay­can­lı iş­ti­rak­çı­la­rı isə bir müd­dət göz­lə­di­lib, on­la­rın yü­rü­şə qa­tıl­ma­sı­na gec im­kan ve­ri­lib.

Qeyd edək ki, "Öl­məz alay" ak­si­ya­sın­da Ru­si­ya Azər­bay­can­lı Gənc­lər Bir­li­yi (AMOR) və Azər­bay­can Mə­də­niy­yə­ti­nin İn­ti­ba­hı və İn­ki­şa­fı Fon­du­nun nü­ma­yən­də­lə­ri iş­ti­rak edib.

Gö­rün­dü­yü ki­mi, Ru­si­ya, göz gö­rə-gö­rə, se­pa­rat­çı­la­rın Mosk­va­da bu cür dav­ra­nı­şı­na şə­ra­it ya­ra­dır. Hal­bu­ki, Azər­bay­can İkin­ci Dün­ya Mü­ha­ri­bə­sin­də hə­lak olan­la­rın xa­ti­rə­si­nə hör­mət ola­raq bu ak­si­ya­ya qo­şu­lur. Yox­sa, Azər­bay­can­da on­suz da bu­nun­la bağ­lı təd­bir­lər ke­çi­ri­lir. Bü­tün hal­lar­da, baş­qa döv­lə­tin əra­zi­sin­də be­lə təx­ri­ba­ta im­kan ya­ra­dıl­ma­sı nə­yin gös­tə­ri­ci­si­dir?

Mə­sə­lə­yə mü­na­si­bət bil­di­rən AMİP-in baş ka­ti­bi Ar­zu­xan Əli­za­də­nin söz­lə­ri­nə gö­rə, prin­sip­cə, Ru­si­ya­nın be­lə mü­na­si­bət sər­gi­lə­yə­cə­yi göz­lə­ni­lən idi: "Ru­si­ya on­suz da Er­mə­nis­ta­na müx­tə­lif for­ma­da dəs­tək ve­rir və bu da on­lar­dan bi­ri­dir. Hal­bu­ki, Ru­si­ya rəs­mi­lə­ri­nin bor­cu idi ki, dər­hal bu­nun qar­şı­sı­nı al­sın­lar. Ona gö­rə ki, se­pa­rat­çı qu­rum heç bir döv­lət, o cüm­lə­dən, Ru­si­ya tə­rə­fin­dən ta­nın­mır. An­caq "Öl­məz alay" ak­si­ya­sın­da baş ve­rən sö­zü­ge­dən xo­şa­gəl­məz hal bir da­ha gös­tər­di ki, Ru­si­ya bu­nun qar­şı­sı­nı al­maq­da ma­raq­lı de­yil. Bu da tə­sa­dü­fi de­yil, ona gö­rə ki, MDB mə­ka­nın­da se­pa­rat­çı ocaq­la­rın ya­ran­ma­sın­da, möv­cud­lu­ğu­nu in­di­yə qə­dər qo­ru­yub sax­la­ya bil­mə­sin­də Ru­si­ya­nın müs­təs­na ro­lu var. Məhz Ru­si­ya­nın dəs­tə­yi sa­yə­sin­də bir sı­ra res­pub­li­ka­lar­da be­lə se­pa­rat­çı qu­rum­lar ya­ran­dı. He­sab edi­rəm ki, mü­va­fiq qu­rum­lar bu­na öz eti­ra­zı­nı bil­dir­mə­li­dir. Həm­çi­nin, rəs­mi Mosk­va­dan bu­nun­la bağ­lı iza­hat tə­ləb olun­ma­lı­dır. Ey­ni za­man­da, bu­na eti­raz əla­mə­ti ola­raq növ­bə­ti il bu ak­si­ya­da Azər­bay­can iş­ti­rak et­mə­mə­li­dir".


Millət