Şriftin ölçüsü / 658

ATƏT təm­sil­çi­si da­nı­şıq­la­rın da­la­na di­rən­mə­si­nin sə­bəb­ka­rı­nı gös­tər­mir

22 Fevral 2017 [17:59]
Mü­na­qi­şə­nin in­di­yə­dək həll olun­ma­ma­sı­nın kö­kün­də da­ya­nan baş­lı­ca fak­tor..."

Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin ni­zam­lan­ma­sı­na da­ir irə­li­lə­yiş yox­dur. Mə­lum ol­du­ğu ki­mi, bu­nu ATƏT-in baş ka­ti­bi Lam­ber­to Zan­ni­er TASS-a mü­sa­hi­bə­sin­də de­yib.

O bu­nun­la bağ­lı ver­di­yi açıq­la­ma­sın­da bir sı­ra mə­qam­la­ra to­xu­nub: "Son bir ne­çə gün­də ye­nə in­si­dentlər olub. Biz baş ve­rən­lər­dən çox na­ra­ha­tıq. Mün­hen­də ATƏT-in Minsk Qru­pu­nun həm­sədrlə­ri­nin (Ru­si­ya, Fran­sa, ABŞ) Azər­bay­can və Er­mə­nis­tan XİN rəh­bər­lə­ri ilə gö­rüş­lə­ri olub. Mü­za­ki­rə­lər müs­bət idi, la­kin əhə­miy­yət­li irə­li­lə­yiş yox­dur. Biz tə­rəf­lə­rin ra­zı­lı­ğa gəl­di­yi bü­tün me­xa­nizmlə­ri işə sal­ma­ğa ha­zı­rıq. Am­ma biz qə­rar­la­rın qə­bul edil­mə­sin­də tə­rəf­lə­ri əvəz edə bil­mə­rik. Tə­əs­süf ki, irə­li­lə­yiş az­dır və mə­nim hər iki öl­kə li­de­ri­nin gö­rü­şü ilə bağ­lı vaxt de­mək im­ka­nım yox­dur ki, sam­mit ol­sun. Bu, is­tə­ni­lən hal­da, hə­lə­lik ak­tu­al de­yil".

Zan­ni­e­rin söz­lə­ri­nə gö­rə, ey­ni za­man­da ağır si­lah­la­rın is­ti­fa­də­si və mül­ki şəxslər ara­sın­da qur­ban­la­rın ol­ma­sı fak­tı möv­cud­dur ki, bu, və­ziy­yə­tin pis­ləş­mə­si­ni gös­tə­rir.

Ma­raq­lı­dır, Zan­ni­er "mə­nim hər iki öl­kə li­de­ri­nin gö­rü­şü ilə bağ­lı vaxt de­mək im­ka­nım yox­dur" bil­dir­mək­lə və bu mə­sə­lə­nin, is­tə­ni­lən hal­da, hə­lə­lik ak­tu­al ol­ma­dı­ğı­na ey­ham vu­maq­la nə de­mək is­tə­yir? ATƏT rəs­mi­si bu­nu o qə­dər ar­xa­yın­lıq­la qeyd edir ki, san­ki qu­ru­mun da­nı­şıq­la­rın bu cür da­la­na di­rən­mə­sin­də ro­lu yox­dur.

Sö­zü­ge­dən mə­sə­lə­ni "Ba­kı-Xə­bər"ə şərh edən AMİP-in baş ka­ti­bi Ar­zu­xan Əli­za­də­nin söz­lə­ri­nə gö­rə, tə­əs­süf ki, ATƏT təm­sil­çi­si da­nı­şıq­la­rın da­la­na di­rən­mə­si­nin sə­bəb­ka­rı­nı gös­tər­mir: "Bir tə­rəf­dən mü­na­qi­şə­nin həl­lin­də irə­li­lə­yiş ol­ma­dı­ğı­nı bil­di­rir­lər, o bi­ri tə­rəf­dən cəb­hə­də ar­tan in­si­dentlər­dən na­ra­hat ol­duq­la­rı­nı bə­yan edir­lər. An­caq da­nı­şıq­la­rın da­la­na di­rən­mə­si­nin kö­kün­də da­ya­nan fak­tor­la­rı isə araş­dır­maq is­tə­mir­lər. Bax­ma­ya­raq ki, or­ta­da tə­ca­vüz edən və tə­ca­vü­zə mə­ruz qa­lan tə­rəf­lər var. Mü­na­qi­şə­nin həl­li ilə bağ­lı BMT-nin 4 qət­na­mə­si var. O cüm­lə­dən, di­gər bey­nəl­xalq qu­rum­la­rın Dağ­lıq Qa­ra­bağ­la bağ­lı qə­bul et­di­yi qə­rar­lar var. Bü­tün bun­la­ra rəğ­mən, iş­ğal­çı ilə iş­ğa­la mə­ruz qa­lan tə­rə­fə ey­ni priz­ma­dan ya­na­şır­lar. Mü­na­qi­şə­nin in­di­yə­dək həll olun­ma­ma­sı­nın kö­kün­də da­ya­nan baş­lı­ca fak­tor bu­nun­la bağ­lı­dır. Həm­sədrlər Er­mə­nis­ta­na təz­yiq gös­tər­sə­lər, mü­na­qi­şə­nin həl­li sü­rət­lə­nə­cək. Tə­əs­süf­lər ol­sun ki, ötən il baş ve­rən ap­rel dö­yüş­lə­rin­dən son­ra biz bu is­ti­qa­mət­də han­sı­sa tə­şəb­büs mü­şa­hi­də et­mə­dik. Ək­si­nə, hər vəchlə ça­lı­şır­lar ki, cəb­hə­də iri­miq­yas­lı toq­quş­ma­lar baş ver­mə­sin. ATƏT-i mü­na­qi­şə­nin həll olun­ma­ma­sı de­yil, mü­ha­ri­bə­nin ye­ni­dən baş­lan­ma­sı ris­qi na­ra­hat edir".
Vi­da­di OR­DA­HAL­LI


Millət