Şriftin ölçüsü / 652

Necə ola bilər ki, icra orqanında müxalifət təmsil olunsun?

15 Fevral 2017 [18:46]
Əli Orucov: "Müxalifət icra orqanında necə təmsil oluna bilər”

Aprel ayına qədər vitse-prezidentlik institutunun Əsasnaməsi qəbul ediləcək və bu postlara təiyantlar olacaq. Bəzi iddialara görə, ciddi siyasi və struktur islahatları ərəfəsində olan hakimiyyət komandanı kəmiyyət və keyfiyyət etibarilə tamamilə dəyişmək niyyətindədir. Bu məqsədlə komandaya siyasi müxalifətdən də şəxslərin dəvət olunacağı gözlənilir. Hesab edilir ki, vitse-prezidentlərdən biri müxalifətdən ola bilər.

"Cümhuriyət” qəzetinə açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) siyasi şurasının üzvü Əli Orucov isə deyib ki, bu cür iddiaların ümumiyyətlə, nə hüquqi, nə də siyasi məntiqi yoxdur: "Vitse-prezidentlik postu icraedici orqandır. Necə ola bilər ki, icra orqanında müxalifət təmsil olunsun? Bu gülünc səslənir. Bu ancaq parlament üsul-idarəsi olan ölkələrdə mümkündür. Kabinet bölünər və ya koalisyon hakimiyyət qurula bilər. İcra strukturunda, prezidentin yaratdığı ququmda müxalifət necə təmsil oluna bilər?”



Millət