Şriftin ölçüsü / 629

Sabah yenə qar yağacaq

01 Fevral 2017 [15:58]
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a bildirilib ki, fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaqı, əsasən yağmursuz keçəcək.
Səhər yarımadanın bəzi yerlərində zəif qar yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 2-6° şaxta, gündüz 1-4° isti, Bakıda gecə 4-6° şaxta, gündüz 1-3° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu olacaq, nisbi rütubət 85-95 % təşkil edəcək. Yollar buz bağlayacaq.

Azərbaycanın bəzi bölgələrində qar yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 4-9° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti, dağlarda gecə 15-20° şaxta, gündüz 1-6° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.