Şriftin ölçüsü / 1094

Etibar Məmmədov Almaniyaya rəsmi səfərə gedir

10 Yanvar 2017 [13:50]
 Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov yanvarın 15-dən 17-dək Almaniyada səfərdə olacaq.

Bu barədə "Report"a AMİP-in sədr əvəzi Arzuxan Əlizadə məlumat verib.

O bildirib ki, səfərdə məqsəd AMİP-in də üzv olduğu Beynəlxalq Demokrat İttifaqının toplantısında iştirak etməkdir.

E.Məmmədovu partiyanın beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev müşayiət edəcək.

Xatırladaq ki, AMİP lideri 2005-ci ildən BDİ-nin sədr müavinidir


Asya Cəlilova