Şriftin ölçüsü / 689

"Türk Or­du­su­nun Su­ri­ya­nın şi­ma­lın­da hə­ya­ta ke­çir­di­yi hər­bi əmə­liy­yat­lar dəs­tək­lən­mə­li­dir"

16 Dekabr 2016 [12:52]

Ar­zu­xan Əli­za­də: "Hə­ləb­də baş ve­rən­lər bir da­ha onu gös­tər­di ki, Tür­ki­yə­nin yar­dı­mı ol­ma­dan heç bir da­ya­nıq­lı sa­bit­lik­dən söh­bət ge­də bil­məz"


Hə­ləb şə­hə­rin­də son 5 il­dir da­vam edən qey­ri-ni­za­mi sa­vaş Tür­ki­yə ilə Ru­si­ya­nın ra­zı­lıq əl­də et­mə­si­lə atəş­kəs­lə nə­ti­cə­lən­di. Hə­ləb­də atəş­kə­sin tə­min edil­mə­si və ora­da ya­şa­yan və­tən­daş­la­ra hu­ma­ni­tar yar­dım dəh­li­zi­nin açıl­ma­sı üçün Ər­do­ğan bir tə­rəf­dən Ru­si­ya ilə əmək­daş­lıq edər­kən, o bi­ri tə­rəf­dən də BMT-nin ye­ni baş ka­ti­bi Gut­te­res ilə te­le­fon əla­qə­si qur­du.

Hə­ləb­də­ki və­ziy­yə­tin cid­di­li­yi­ni izah edən Tür­ki­yə pre­zi­den­ti Su­ri­ya­da sül­hün qı­sa müd­dət­də tə­min edil­mə­si üçün BMT Təh­lü­kə­siz­lik Şu­ra­sı­nın tə­ci­li top­lan­ma­lı ol­du­ğu­nu söy­lə­di.

Bu­nun­la ya­na­şı, çər­şən­bə ax­şa­mı Ru­si­ya və Tür­ki­yə XİN rəh­bər­lə­ri Ser­gey Lav­rov və Möv­lud Ça­vu­şoğ­lu te­le­fon da­nı­şı­ğı za­ma­nı Su­ri­ya­nın Hə­ləb şə­hə­rin­də ya­ran­mış və­ziy­yə­ti mü­za­ki­rə edib.

"Su­ri­ya mü­na­qi­şə­si­nin ni­zam­lan­ma­sın­da Ru­si­ya və Tür­ki­yə­nin məq­səd­lə­ri üst-üs­tə dü­şür - Moskva və An­ka­ra Su­ri­ya­nın əra­zi və si­ya­si bü­töv­lü­yü prin­si­pi­nə sa­diq­dir". Bu­nu isə Ru­si­ya pre­zi­den­ti­nin mət­bu­at ka­ti­bi Dmit­ri Pes­kov RT te­le­ka­na­lı­na mü­sa­hi­bə­sin­də vur­ğu­la­yıb.

Di­gər tə­rəf­dən, Tür­ki­yə Su­ri­ya­nın Hə­ləb şə­hə­rin­dən qaç­qın düş­müş 80 min sa­kin üçün ça­dır dü­şər­gə­si qu­rub. Bu ba­rə­də Tür­ki­yə baş na­zi­ri­nin mü­a­vi­ni Meh­met Şim­şək bil­di­rib.

Son mə­lu­ma­ta gö­rə, Su­ri­ya­nın Hə­ləb şə­hə­rin­dən üs­yan­çı­la­rın təx­liy­yə­si baş­la­yıb. Bu ba­rə­də Ru­si­ya­nın Mü­da­fiə Na­zir­li­yi açıq­la­ma ve­rib. Bil­di­ri­lib ki, 5 min üs­yan­çı ilə bir­lik­də on­la­rın ai­lə­lə­ri­nin də təx­liy­yə­si­nə start ve­ri­lib. Bü­tün hal­lar­da, gö­rü­nən odur ki, Tür­ki­yə­siz Hə­ləb mə­sə­lə­sin­də dö­nüş ya­rat­maq müm­kün de­yil.

Sö­zü­ge­dən mə­sə­lə ilə bağ­lı fi­kir­lə­ri­ni "Ba­kı-Xə­bər"lə bö­lü­şən AMİP-in baş ka­ti­bi Ar­zu­xan Əli­za­də­nin söz­lə­ri­nə gö­rə, Əsəd qüv­və­lə­ri­nin Hə­lə­bə nə­za­rə­ti bər­pa et­mə­si prob­le­min həl­li de­mək de­yil: "Əv­və­la Əsəd re­ji­mi bi­la­va­si­tə Ru­si­ya və İra­nın yar­dı­mı sa­yə­sin­də bu­na na­il ol­du. Yox­sa Əsəd re­ji­mi nə 5 il mü­qa­vi­mət gös­tə­rə bi­lər­di, nə də Hə­lə­bi azad edə bi­lər­di. Hə­lə­bin nə­za­rə­tə gö­tü­rül­mə­si o de­mək de­yil ki, ora­da in­san­la­rın təh­lü­kə­siz­li­yi tə­min olu­na­caq. Tür­ki­yə Əsəd re­ji­mi­nin dev­ril­mə­si­nin tə­rəf­da­rı ol­sa da, böl­gə­də ya­şa­nan in­san­lıq fa­ci­ə­si­nə bi­ga­nə qa­la bil­mə­di­yi üçün Ru­si­ya ilə mü­əy­yən mə­sə­lə­lər­də uz­laş­dı. Bu, Tür­ki­yə­nin bö­yük döv­lət ol­ma­sın­dan irə­li gə­lir. Onu da nə­zə­rə al­maq la­zım­dır ki, Su­ri­ya­da ya­şa­nan­lar­dan ən çox əziy­yət çə­kən, zi­yan gö­rən qon­şu öl­kə Tür­ki­yə­dir. Baş ve­rən­lər qar­daş öl­kə­nin iq­ti­sa­diy­ya­tı­na zi­yan vu­rur. Tür­ki­yə­də 3 mil­yon nə­fər­dən çox Su­ri­ya və İraq­dan di­dər­gin dü­şən qaç­qın məs­kun­la­şıb. Tə­əs­süf­lər ol­sun ki, Av­ro­pa döv­lət­lə­ri qaç­qın­lar­la bağ­lı Tür­ki­yə­yə gə­rə­kən ma­liy­yə yar­dı­mı­nı gös­tər­mək­dən ya­yı­nır. Hə­ləb­də baş ve­rən­lər bir da­ha onu gös­tər­di ki, Tür­ki­yə­nin yar­dı­mı ol­ma­dan heç bir da­ya­nıq­lı sa­bit­lik­dən söh­bət ge­də bil­məz. O üz­dən, bun­dan son­ra rəs­mi An­ka­ra­nın pro­ses­lər­də fə­al iş­ti­rak et­mə­si­nə şə­ra­it ya­ra­dıl­ma­lı­dır. Türk or­du­su­nun Su­ri­ya­nın şi­ma­lın­da hə­ya­ta ke­çir­di­yi hər­bi əmə­liy­yat­lar dəs­tək­lən­mə­li­dir".

Vi­da­di OR­DA­HAL­LI


Millət