Şriftin ölçüsü / 688

Re­gi­on öl­kə­lə­ri­nin mü­za­ki­rə edə bi­lə­cə­yi bir çox möv­zu var

23 Noyabr 2016 [13:54]
El­şən Mus­ta­fa­yev: "Xü­su­si­lə də İran­la Tür­ki­yə­nin mü­za­ki­rə et­mə­si­nə eh­ti­yac olan çox möv­zu var"

"Azər­bay­can, İran və Ru­si­ya döv­lət baş­çı­la­rı­nın üç­tə­rəf­li gö­rü­şü gə­lən il Teh­ran­da ke­çi­ri­lə bi­lər". Bu­nu İran Xa­ri­ci İş­lər Na­zir­li­yi­nin söz­çü­sü Bəh­ram Qa­sı­mi ke­çir­di­yi mət­bu­at konfran­sın­da de­yib. B.Qa­sı­mi bil­di­rib ki, üç­tə­rəf­li zir­və gö­rü­şü öl­kə­lər ara­sın­da mü­na­si­bət­lə­rin da­ha da in­ki­şa­fı­na xid­mət edir: "Dü­şü­nü­rəm ki, bu gö­rü­şün tər­ki­bi də­yi­şə­rək bir ne­çə öl­kə pre­zi­den­ti­nin iş­ti­ra­kı ilə təş­kil olu­na bi­lər".

O əla­və edib ki, Azər­bay­can, İran və Ru­si­ya döv­lət baş­çı­la­rı­nın üç­tə­rəf­li gö­rü­şü­nün vax­tı və gün­də­li­yi haq­qın­da in­di­dən da­nış­maq tez­dir.

Söz­çü ABŞ-da ke­çi­ri­lən pre­zi­dent seç­ki­lə­ri və Do­nald Tram­pın pre­zi­dent se­çil­mə­si­nə da­ir su­al­la­rı da ca­vab­lan­dı­rıb. O, İra­nın nü­və proq­ra­mı üz­rə bir­gə hər­tə­rəf­li fə­a­liy­yət pla­nı­nın (BHFP) bir ne­çə öl­kə ara­sın­da ra­zı­laş­dı­rıl­dı­ğı­nı xa­tır­la­dıb: "Mü­qa­vi­lə­ni BMT də təs­diq­lə­yib. Sa­də­cə, iki öl­kə­nin əl­də et­di­yi ra­zı­laş­ma de­yil ki, bir tə­rəf mü­qa­vi­lə­ni poz­sun".

B.Qa­sı­mi İra­nın di­gər öl­kə­lər­lə vi­za re­ji­mi­ni ləğv et­mə­si­nə da­ir su­al­la­ra ca­va­bın­da bil­di­rib ki, in­di­yə­dək Er­mə­nis­tan və Gür­cüs­ta­nın İran və­tən­daş­la­rı üçün vi­za­nı ləğv et­mə­si mə­sə­lə­si mü­za­ki­rə olu­nub. Bu­nun­la bağ­lı ra­zı­lıq­lar əl­də edi­lib.

İran­da nə­zər­də tu­tu­lan pre­zi­dentlə­rin zir­və gö­rü­şün­də da­ha han­sı öl­kə baş­çı­la­rı­nın iş­ti­ra­kı­nı göz­lə­mək olar?

AMİP beynəlxalq katibi El­şən Mus­ta­fa­yev qə­ze­ti­mi­zə açıq­la­ma­sın­da bil­dir­di ki, nə­zər­də tu­tu­lan gö­rü­şə üç öl­kə baş­çı­sı­nın qa­tı­la­ca­ğı də­qiq­lə­şib: "Be­lə gö­rüş­lər tez-tez ke­çi­ri­lir. Bi­lir­si­niz ki, re­gi­on öl­kə­lə­ri­nin mü­za­ki­rə edə bi­lə­cə­yi bir çox möv­zu var. Mə­sə­lən, Xə­zə­rin hü­qu­qi sta­tu­su­nun mü­za­ki­rə­si­lə bağ­lı mü­tə­ma­di gö­rüş­lər olur. Teh­ran gö­rü­şü­nə Qa­za­xıs­tan və ya Türkmə­nis­ta­nın qa­tı­la bi­lə­cə­yi hər an baş tu­ta bi­lər və bur­da qey­ri-adi nə­sə yox­dur. Dü­şü­nü­rəm ki, hə­min gö­rü­şə Tür­ki­yə­nin qa­tı­la bi­lə­cə­yi eh­ti­ma­lı da­ha bö­yük­dür. İran da bu­nun ma­ra­ğın­da­dır. Ru­si­ya ilə Tür­ki­yə­nin mü­na­si­bət­lə­ri nor­mal ol­du­ğu üçün An­ka­ra­nın Teh­ran gö­rü­şün­də­ki iş­ti­ra­kı müm­kün­dür. Çün­ki son vaxtlar Tür­ki­yə ilə onun əzə­li müt­tə­fiq­lə­ri olan Qərb öl­kə­lə­ri ara­sın­da­kı mü­na­si­bət­lər nor­mal məc­ra­da in­ki­şaf et­mir. Hət­ta Tür­ki­yə bə­yan edib ki, öl­kə­nin Av­ro­pa İt­ti­fa­qı­na üzvlük mə­sə­lə­si həll edil­mə­yə­cə­yi təq­dir­də on­lar baş­qa it­ti­faq for­mat­la­rı­na üz tu­ta bi­lər. Xü­su­si­lə də İran­la Tür­ki­yə­nin mü­za­ki­rə et­mə­si­nə eh­ti­yac olan çox möv­zu var. Fak­ti­ki ola­raq İraq və Su­ri­ya mə­sə­lə­sin­də bu iki öl­kə­nin möv­qe­yi ha­ça­la­nır. İra­nın re­gi­o­nal la­yi­hə­lər­də iş­ti­ra­kı və bu coğ­ra­fi­ya­nı əha­tə edən öl­kə­lər­lə da­ha ya­xın­lıq et­mək is­tə­mə­si nə­zə­rə çar­pır. Sanksi­ya­la­rın gö­tü­rül­mə­sin­dən son­ra İran re­gi­o­nun apa­rı­cı oyun­çu­su ol­maq id­di­a­sı­nı giz­lət­mir. Dü­şü­nü­rəm ki, gö­rü­şə qa­tı­la­caq sürpriz öl­kə Tür­ki­yə ola­caq".


Millət