Şriftin ölçüsü / 797

El­şən Mus­ta­fa­yev: "Əmi­nəm ki, ya­xın vaxtlar­da bu prob­lem də həl­li­ni ta­pa­caq"

18 Oktyabr 2016 [16:33]

"ATƏT Azər­bay­can­la əmək­daş­lı­ğı güc­lən­dir­mə­yin yol­la­rı­nı ax­tar­maq­da qə­rar­lı­dır. Bu­ra ATƏT-in Ba­kı­da ofi­si­nin ye­ni­dən fə­a­liy­yə­tə baş­la­ma­sı da da­xil­dir". Bu ba­rə­də ATƏT-in mət­bu­at xid­mə­tin­dən ATƏT-in Ba­kı ofi­si­nin fə­a­liy­yə­ti­nin bər­pa olun­ma­sı­nın müm­kün­lü­yü ilə bağ­lı ve­ri­lən açıq­la­ma­da bil­di­ri­lib. Mət­bu­at xid­mə­tin­dən onu da qeyd edib­lər ki, bu­nun­la be­lə, ofi­sin fə­a­liy­yət gös­tər­mə­si ilə bağ­lı qə­rar Azər­bay­can, həm­çi­nin, ATƏT-ə üzv olan bü­tün öl­kə­lər tə­rə­fin­dən dəs­tək­lən­mə­li­dir.

Qeyd edək ki, ATƏT Da­i­mi Şu­ra­sı­nın 26 iyul 2013-cü il ta­rix­li qə­ra­rı­na əsa­sən, 1 yan­var 2014-cü il ta­ri­xin­dən eti­ba­rən ATƏT-in Ba­kı Ofi­si ATƏT-in Ba­kı La­yi­hə Əla­qə­lən­di­ri­ci­si sta­tu­su­na transfor­ma­si­ya olu­nub. ATƏT-in Ba­kı la­yi­hə əla­qə­lən­di­ri­ci­si Ale­xis Şah­tax­tinski­nin tə­yi­nat müd­də­ti isə 31 may 2015-ci il ta­ri­xin­də ba­şa ça­tıb, bu­nun­la da fə­a­liy­yət da­ya­nıb.

ATƏT Ba­kı ofi­si­nin bər­pa­sı­na na­il ol­maq üçün nə et­mə­li­dir?

Mil­li İs­tiq­lal Par­ti­ya­sı­nın sədr mü­a­vi­ni El­şən Mus­ta­fa­yev qə­ze­ti­mi­zə açıq­la­ma­sın­da bil­dir­di ki, ATƏT-lə mü­na­si­bət­lə­rin bər­pa olun­ma­sı la­zım­dır: "Ba­kı ofi­si­nin fə­a­liy­yət gös­tər­mə­mə­si heç də o an­la­ma gəl­mir ki, Azər­bay­can hə­min qu­rum­la əla­qə­lə­ri tam kə­sib. Bi­zim­lə ATƏT ara­sın­da mü­na­si­bət­lə­rin ta­ri­xi onil­lə­rə da­ya­nır. Hət­ta bi­lir­si­niz ki, ən qlo­bal prob­le­mi­miz olan Qa­ra­bağ mə­sə­lə­si ATƏT çər­çi­və­sin­də ni­zam­la­nır. ATƏT Ba­kı ofi­si­nin bər­pa­sın­da ma­raq­lı ol­du­ğu­nu giz­lət­mir. Ofi­sin bağ­lan­ma sə­bəb­lə­ri ba­rə­də İl­ham Əli­yev mü­na­si­bət açıq­la­dı. Bəl­kə də on­dan da də­rin sə­bəb­lər olub. He­sab edi­rəm ki, be­lə is­tə­yə Azər­bay­can tə­rə­fi mən­fi ca­vab ver­mə­yə­cək. Konkret nə­lə­ri et­mə­yi­nə gəl­dik­də isə, biz bu­nu tam də­qiq­li­yi­lə de­yə bil­mə­rik. Dip­lo­ma­ti­ya­da be­lə mə­sə­lə­lər bağ­lı qa­pı­lar ar­xa­sın­da həll olu­nur. Əmi­nəm ki, ya­xın vaxtlar­da bu prob­lem də həl­li­ni ta­pa­caq".

Mə­həm­mə­də­li QƏ­RİB­Lİ