Şriftin ölçüsü / 1066

Bakıda Üzeyir Hacıbəyliyə həsr olunmuş VIII Beynəlxalq Musiqi Festivalı keçiriləcək

08 Sentyabr 2016 [17:22]
Azərbaycan Respublikası Prezidentinin «Üzeyir Musiqi Gününün keçirilməsi haqqında» 1995-ci il 18 sentyabr tarixli Fərmanına uyğun olaraq hər il sentyabrın 18-də ənənəvi Üzeyir Musiqi Günü keçirilir. Üzeyir Musiqi Günü münasibətilə respublikamızda bir çox konsertlər, tədbirlər, sərgilər təşkil olunur.

2009-cu ildən başlayaraq ölkəmizdə ənənəvi keçirilən və dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalları böyük əks-səda doğurmuşdur. Festival konsertlərində görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak etmişlər.

Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2016-cı il 18-27 sentyabr tarixində Bakıda Üzeyir Hacıbəyliyə həsr olunmuş VIII Beynəlxalq Musiqi Festivalının keçirilməsi planlaşdırılır. On gün ərzində M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, kamera və orqan musiqisi zalında, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Azərbaycan Bəstəkarlar İttifaqında, Bakı Musiqi Akademiyasında və digər konsert salonlarında Rusiya, ABŞ, İsrail, Almaniya, Türkiyə, Gürcüstandan tanınmış musiqiçilər və kollektivlər – "Orfeon” xoru, Gürcüstan kamera xoru, Piter Laul, Ü.Mahmudbəyli, K.Moskoviç, R.İsmayılova, Haqai Şaham, Elnarə Kərimova və başqaları iştirak edəcəklər.

Heydər Əliyev Fondu

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi



Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı

18 – 27 sentyabr 2016-cı il



17 sentyabr

saat 10.00

Fəxri Xiyaban

Üzeyir Hacıbəylinin, habelə görkəmli mədəniyyət

və incəsənət xadimlərinin məzarlarının ziyarəti



saat 10.15

Azərbaycan Milli Konservatoriyası

Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş tədbir



saat 10.30

Milli İncəsənət Muzeyinin bağı

Milli İncəsənət Muzeyinin bağında yerləşən "Güllələnmiş

heykəllər” abidəsinin ziyarəti



saat 11.00

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qarşısı

Üzeyir Musiqi Gününə həsr olunmuş tədbir

İştirak edirlər: Azərbaycan Dövlət Xor Kapellası,

Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestri



18 sentyabr

saat 14.00

Ü.Hacıbəylinin ev muzeyi

Üzeyir Hacıbəyliyə həsr olunmuş tədbir



saat 19.00

Azərbaycan Dövlət Filarmoniyası

Beynəlxalq Musiqi Festivalının açılışı

Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestri

Bədii rəhbər və baş dirijor

Rauf Abdullayev

Azərbaycan Dövlət Xor Kapellası

Bədii rəhbər

Gülbacı İmanova

Solist

Peter Laul (Rusiya) piano



saat 19.00

Azərbaycan Dövlət Musiqili Teatrı

Üzeyir Hacıbəyli "O olmasın, bu olsun”

ikihissəli musiqili komediya

Dirijor

Nazim Hacıəlibəyov



saat 19.00

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı

Üzeyir Hacıbəyli "Leyli və Məcnun”

üçhissəli opera

Dirijor

Sevil Hacıyeva



19 sentyabr

saat 19.00

Azərbaycan Dövlət Filarmoniyası

F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının 80 illiyinə həsr olunmuş yubiley tədbiri



20 sentyabr

saat 15.00

Muzey Mərkəzi

"Azərbaycan bəstəkarları və musiqişünasların elektron kataloqu”nun

təqdimat mərasimi



saat 19.00

Kamera və Orqan Musiqisi Zalı

Gənc ifaçıların konserti

Mahir Tağızadə (bariton)

Kamilla İmanova (soprano)

Rauf Babayev (tenor)

Fatimə Cəfərzadə (soprano)

Dilarə Kərimova (piano)

Kristina Rəhimova (soprano)



21 sentyabr

saat 19.00

Kamera və Orqan Musiqisi Zalı

Orqan musiqisi konserti

Rəna İsmayılova (orqan)

Fəridə Məmmədova (soprano)

Səbinə Əsədova (mezzo-soprano)

Taleh Yəhyayev (bariton)



22 sentyabr

saat 17.00

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası

Fortepiano musiqisi konserti

Bakı Musiqi Akademiyasının professoru

Ülviyyə Hacıbəyova



saat 19.00

Beynəlxalq Muğam Mərkəzi

Haqay Şaham (violin) İsrail

Yuliya Qurviç (piano) İsrail



saat 19.00

Azərbaycan Dövlət Filarmoniyası

"Musiqi çələngi”

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar

Cəmiyyətinin Niyazi adına simfonik orkestri və C.Cahangirov adına xoru

Dirijor

Ramil Qasımov

Solistlər

Samir Cəfərov

Anar Şuşalı

İlahə Əfəndiyeva

Cahangir Qurbanov

Taleh Yəhyayev

Gülnaz İsmayılova

İnarə Babayeva

Zemfira İsmayılova

Çinarə Şirin

Ayşən Mehdiyeva



23 sentyabr

saat 14.00

Ü.Hacıbəylinin ev muzeyi

"Konsert-görüş”

Fərhad Aşumov (violin) Slovakiya

Zülfiyyə Sadıqova (piano)



saat 15.00

"Qarabağ” Muğam Mərkəzi

Ağcabədi rayon "Qarabağ” Muğam Mərkəzi

F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı

Bədii rəhbər

Ağaverdi Paşayev



saat 19.00

Azərbaycan Dövlət Filarmoniyası

Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestri

Dirijor

Yalçın Adıgözəlov

Azərbaycan Dövlət Xor Kapellası

Bədii rəhbər

Gülbacı İmanova

Solistlər

Haqay Şaham (violin) İsrail

Nina Makarova (mezzo-soprano)



24 sentyabr

saat 19.00

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası

"Furioso” kvarteti

Səid Məmmədov (violin)

Süleyman Babakişizadə (violin)

Üzeyir Mahmudbəyli (viola)

Murad İbrahimov (cello)

Kəmalə Neymanova (piano)

Hüseyn Həsənov (rəssam)



saat 19.00

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı

C.Verdi"Bal-maskarad”operasının konsert ifası (premyera)

Dirijor

Əyyub Quliyev



saat 19.00

Azərbaycan Dövlət Filarmoniyası

Millətlər Filarmoniyası Orkestri (Almaniya)

Dirijor və solist

Yustuz Frantz



25 sentyabr

saat 19.00

Azərbaycan Dövlət Filarmoniyası

22 yaşlı "Orfeon” kamera xoru dostlarla birlikdə (Türkiyə)

Bədii rəhbər

Elnarə Kərimova



saat 19.00

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı

F.Əmirov " Min bir gecə” baleti

Dirijor

Əyyub Quliyev



26 sentyabr

saat 19.00

Kamera və Orqan Musiqisi Zalı

Kamera musiqisi konserti

Natəvan Quliyeva (orqan)

Fərhad Aşumov (violin) Slovakiya

Zülfiyyə Sadıqova (piano)



saat 19.00

Azərbaycan Dövlət Filarmoniyası

Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri

Bədii rəhbər və baş dirijor

Teymur Göyçayev



saat 19.00

Beynəlxalq Muğam Mərkəzi

Fortepiano musiqisi axşamı

Nərgiz Əliyarova (piano)



27 sentyabr

saat 12.00

Xəzər Universiteti

Xəzər Universitetində ustad dərsi və konsert-görüş

Fərhad Aşumov(violin) Slovakiya

Zülfiyyə Sadıqova (piano)



saat 19.00

Azərbaycan Dövlət Filarmoniyası

Beynəlxalq Musiqi Festivalının bağlanışı

Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri

Dirijor

Fəxrəddin Kərimov

Tbilisi Dövlət Konservatoriyasının Gənclər Xoru

Bədii rəhbər

Liana Çonişvili

Azərbaycan Dövlət Xor Kapellasının kiçik heyəti

Kapellanın bədii rəhbəri

Gülbacı İmanova

Solistlər

Ümidə Abbasova (violin)

Fəridə Məmmədova (soprano)

Səbinə Əsədova (mezzo-soprano)

Fərid Əliyev (tenor)

Anton Ferştandt (bariton)




Millət