Şriftin ölçüsü / 1142

Türk Ordusu Suriyada

24 Avqust 2016 [15:23]
Suriyanın Kəklicə qəsəbəsi İŞİD terrorçularından azad edilib.

"Report" "Haber7"yə istinadən xəbər verir ki, Türkiyə ordusu və koalisiya qüvvələrinin birlikdə keçirdikləri əməliyyat nəticəsində Suriyanın Kəklicə qəsəbəsi İŞİD-dən təmizlənib.

Məlumata görə, Kəklicə Suriyanın Tükiyə ilə sərhədindən 3 km. aralıda yerləşir. Qəsəbənin terrorçulardan azad edilməsi əməliyyatında Türkiyə ordusuna Suriya Azadlıq Ordusu və beynəlxalq koalisiya qüvvələri dəstək verib və terrorçuların mövqelərinə havadan zərbə endiriblər.


Millət