Şriftin ölçüsü / 847

Siyasilər hansı komandaya azarkeşlik edirlər?

13 Iyun 2016 [10:48]
İyunun 10-da futbol üzrə Avropa Çempionatı start götürür. 4 ildən bir keçirilən yarışa maraq həmişə böyük olub. Azərbaycan millisi bir qayda olaraq çempionatdan kənarda qalsa da, ölkəmizdə yarışa maraq az olmur. Hər kəsin öz favoriti və çempion kimi görmək istədiyi komandası var.

Ölkə siyasətçiləri də futbolla maraqlanır. Maraqlıdır siyasilərimiz hansı komandalara azarkeşlik edəcək və proqnozları necədir?

Milli Məclisin üzvü Araz Əlizadə ölkənin milli komandasına xüsusi azarkeşlik etmədiyini bildirdi:

"Mənim o yaşım deyil ki, hansısa ölkəyə fanatlıq edim. Mən yaxşı futbola azərkeşlik edirəm”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Ehtiram Mehtiyev Türkiyəyə azarkeşlik edəcək: "Təbii ki, birmənalı olaraq Türkiyəyə azarkeşlik edəcəyəm. İnanırıq ki, Türkiyə bu il güclü futbol oyanayaraq öz gücünü bütün Avropaya göstərəcək”.

Vahid Azərbaycan Partiyasının üzvü, "Ağ blok”un təsisçisi Tural Abbaslı Türkiyənin qalib gəlməsini istədiyini dedi: "Könül istəyərdi ki, Azərbaycana azarkeşlik edək. Ancaq təəssüflər ki, Azərbaycan iştirakçı deyil. Belə olan halda birmənalı olaraq Türkiyəyə azarkeşlik edəcəyik. İnanırıq ki, Türkiyə bu çempionatda layiqli olaraq ilk üçlükdə yer tutacaq. Ancaq işdi Türkiyəyə də nəsə olarsa, o zaman Almaniyaya dəstək olacağam”.

Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin müavini Taliyət Əliyev futbolla maraqlanmadığını dedi: "Mənin futbolla aram yoxdur. Sadəcə olaraq Azərbaycan və Türkiyənin oyunu məni maraqlandırır. Onlar uğur qazananda mən azarkeşlik edirəm. Başqa heç bir ölkənin futboluna azarkeşlik etmirəm”.

Hərbi-siyasi icmalçı Ramil Məmmədli İtaliyaya dəstək oldu: "Mən hər zaman İtaliya futboluna azarkeşlik etmişəm. Hal-hazırda da Avropa çempionatında İtaliyanı dəstəkləyirəm”.

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov Türkiyəyə və Almaniya azarkeşlik etdiyini dedi: "Mən əsasən Türkiyəyə və Almaniyaya azarkeşlik edirəm. Yenə də yəqin ki, hər iki komandaya azarkeşlik edirəm. Ancaq istəyirəm ki, Türkiyə qalib gəlsin”.

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) sədrinin müavini Xəzər Tüyyublu da Türkiyəyə dəstək olduğunu ifadə etdi: "4 ildə 1 dəfə keçirilən Avropa çempionatında Türkiyəyə azarkeşlik edəcəyəm. Təbii ki, Avropa çempionatında çox güclü futbol komandaları var. Kim güclü olacaqsa , o da qalib gələcək. Ancaq biz ürəkdən istəyirik ki, Türkiyə qalib gəlsin və Avropa çempionu olsun”.

REAL Hərəkatı sədrinin təşkilatı məsələlər üzrə katibi Natiq Cəfərli də Türkiyəni dəstəklədiyini deyib.
- See more at: http://www.cebhe.info/oxu/23051/#sthash.qv1YFU9m.dpuf


Millət