Şriftin ölçüsü / 835

“Uşaqları sevək, qoruyaq!” adlı konsert proqramı uşaqları sevindirdi

03 Iyun 2016 [17:40]
1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzi və Binəqədi rayonu Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Binəqədi rayonu Heydər Əliyev adına İstirahət parkında "Uşaqları sevək, qoruyaq!” adlı konsert proqramı çox uğurla baş tutdu.

4000 nəfərdən çox əhalinin iştirak etdiyi tədbirin aparıcıları Cəmilə Tağızadə və Nur ismayılova uşaqları salamlayaraq konsertə açılış etdilər. Tədbirin təşkilatçısı Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzinin rəhbəri Dilşad xanım Əhədova öz çıxışında Binəqədi rayonu Gənclər və İdman İdarəsinə yaratdığı şəraitə görə təşəkkürünü bildirdi. Daha sonra fəaliyyətləri , uşaqlara yalnız bir gün deyil, hər gün xidmət etdiklərini vurğuladı. Binəqədi rayonu Gənclər və İdman İdarəsinin əməkdaşı Ülviyyə xanım çıxışa davam edərək uşaqları təbrik etdi. Uşaqlara daha faydalı olmaq üçün əməkdaşlığı davam etdirməyi əlavə etdi.

"Dəcəl Balam” rəqs qrupu öz xüsusi flaşmob –u ilə tədbirə giriş etdi. Uşaqlar səhnədə şeir, mahnı, rəqs ifaları ilə öz bayramlarını qeyd etdilər. Mickey və Minnie Mouse nağıl qəhrəmanları öz maraqlı şou proqramı ilə tədbiri davam etdirdi. "Meqas” Uşaq mahnı qrupu , Ayaz Babayev, "İnci” qrupu, Nihad Məlik, Samir Oruc, Ümid Rəhimli, Murad Mehrəliyev öz gözəl nəğmələri ilə konsertə rəng qatdı.
Edelveiss gül və hədiyyələr dükanı müsabiqə qaliblərinə və aparıcalara gözəl gül dəstələri və hədiyyələr təqdim etdi.

Sonda bütün uşaqlar və təşkilatçılarla birgə xatirə şəkli çəkildi.
Biz hər birimiz bir uşağıq, və hər birimiz bir uşaq olmuşuq !
Uşaqları sevək , qoruyaq qayğımızı əsirgəməyək !


Millət