Şriftin ölçüsü / 1046

İndi hər bir iriranqlı dövlət məmurunun şəxsi iradəsi və maraqları hakimdir

30 May 2016 [15:26]

Müxalifət "Siyasi partiyalar haqqında” Qanuna dəyişiklikləri təhlükəli hesab edir

"Siyasi partiyalar haqqında” Qanuna dəyişikliklər hazırlanıb və baxılması üçün beynəlxalq təşkilatlara verilib. Baxıldıqdan sonra dəyişikliklərlə bağlı təkliflər Milli Məclisə təqdim ediləcək.

Bu barədə YAP-ın icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov açıqlama verib. S.Novruzov bildirib ki, dəyişiklik iki məsələ ilə bağlıdır: "Bu məsələlərdən biri siyasi partiyaların maliyyə hesabatları, digəri isə partiyaların fəaliyyəti ilə bağlıdır. Dövlətdən maliyyələşən və maliyyələşməyən siyasi partiyalar ildə bir dəfə Mərkəzi Seçki Komissiyasına hesabat təqdim etməlidirlər. Bu hesabatlar MSK-nın internet səhifəsində yerləşdirilir. Həm siyasi partiyaların üzvləri, həm də ictimaiyyət bu hesabatlardan siyasi partiyaların maliyyəsinin mənbəyi, eyni zamanda, maliyyənin xərclənməsi ilə bağlı məlumat əldə edirlər”.

S.Novruzov deyib ki, təəssüflər olsun ki, siyasi partiyaların hamısı bu hesabatı təqdim etmirlər: "Hesabat verən partiyaların bəzilərinin məlumatlarında isə maliyyənin sıfıra bərabər olduğu göstərilir. Amma həmin partiyaların qərargahlarında onlarla insan çalışır, avtomobilləri, cangüdənləri var. Bu baxımdan da qanuna əlavə təklif edilir ki, maliyyə hesabatı verməyən siyasi partiyalar ilə bağlı qanuni tədbirlər görülsün”.

S.Novruzov əlavə edib ki, qanuna təklif edilən digər dəyişiklik siyasi partiyaların fəaliyyəti ilə bağlıdır: "Bir sıra siyasi partiyalar yaranmalarına baxmayaraq fəaliyyət göstərmirlər. Belə hallar da var ki, bu partiyalar bir sıra imkanlı adamların alqı-satqısına çevrilir, yəni partiyanı siyasi təşkilat kimi istifadə etmirlər. Dünyanın hər yerində 2 il fəaliyyət göstərməyən partiyanın qeydiyyatı ləğv olunur. Biz də bununla bağlı qanuna dəyişiklik hazırlamışıq”.

"Siyasi partiyalar haqqında” Qanuna S.Novruzovun anons etdiyi əlavə və dəyişikliklərə müxalifət partiyaları münasibət bildirilib. AMİP Siyasi Şurasının üzvü Əli Orucov deyib ki, "Səyavuş Novruzovun təkliflərinə qalsa, onda gərək YAP daxil Azərbaycandakı bütün partiyalar qapadılmalıdır. Çünki iqtidarın illər uzunu yürütdüyü siyas’t nəinki çoxpartiyalı siyasi siyasi sisitemi məhv etdi, hətta partiyalı sistemin özü ciddi böhran içərsindədir.

YAP-ın özü sözdə hakim partiya sayılsa da, bu partiya qərarların qəbulunda, dövlətin idarə edilməsində və seçkili qurumların formalaşdırılmasında dekarasiya funksiyasını yerinə yetirir

Digər tərəfdən maliyyə hesabatı formal xarakter daşıyır. Siz diqqət yetirsəniz görərsiniz ki, parlamentdə olan partiyalar hətta 1 manat da olsun üzvülük haqqı yığa bilməyib. Bu nəyi göstərir? Bu onu göstərir ki, ya həmin partiyalarda ümumiyyətlə üzvlər yoxdu, yaxud da dövlətin ayırdığı vəsait üzərində oturublar.

Qanuna belə dəyişikliklər partiyalar üçün yeni problem təhlükə deylmi?-sualını cavablandıram AMİP yetkilis bunu təhlükəli addım sayıb:

"Partiyaların fəaliyyət göstərməsi üçün öncə meydan, münbit şərait yaradılmalıdır. Bundan sonra təbii yolla fəaliyyəti olmayan partiyalar əl-ayağa dolaşmayacaqlar və siyasi mübarizə də tam demokratik, sağlam rəqabət şəklində gedəcək

Əlbəttə təhlükəli sayıla bilər. Azərbaycan iqtidarı hətta özlərinin qəbul etdikləri qanunlara hörmət etmirlər və yenidən bu qanunlara əlavə və dəyişiklıklıər də mürtəce xarakater daşıyır. Onsuz da Azərbaycanda partiyalaşma və partiyalı idarəetmə sistemi çokdürülüb. İndi hər bir iriranqlı dövlət məmurunun şəxsi iradəsi və maraqları hakimdir. Onların da hər biri özlərini nəiki "partiya" kimi, hətta ayrıca dövlət kimi hiss edirlər."


Fərid Pəmbəkli