Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi yeni layihəyə başlayır
24 May 2016 [15:22]
Azərbaycan
Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Beynəlxalq
Münasibətlərin Araşdırılması Mərkəzi "YENİ
HƏDƏFLƏRƏ DOĞRU” vətəndaş
həmrəliyinin gücləndirilməsi layihəsinin icrasına
başlayır. BMAM Mətbuat Xidmətindən "Millət"ə daxil olan məlumata görə, Azərbaycan Respublikasının son zamanlar həyata keçirdiyi
genişmiqyaslı və fundamental islahatlara vətəndaş cəmiyyəti tərəfindən zəruri
dəstəyin təmin olunması formalarının öyrənilməsi, həmçinin praktiki səviyyədə
nəzərdən keçirilməsi layihənin əsas ideyasıdır. Həmçinin islahatlar nəticəsində
əldə etdiyimiz nailiyyətlərin ictimaiyyət arasında təbliği sahəsində aparılan
maarifləndirmə işlərini gücləndirməkdən ibarətdir.
Azərbaycan Respublikası QHT- lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM
sədri, politoloq və layihənin rəhbəri Rufiz Qonaqov bildirib ki, layihənin
həyata keçirilməsində müəyyən istiqamətlər seçilmiş, qrafiqə uyğun olaraq,
müəyyən olunmuş istiqamətlər sahəsində 3 konfrans keçiriləcəkdir. Layihə ilə
eyni adlı - "YENİ HƏDƏFLƏRƏ
DOĞRU” vətəndaş həmrəliyinin gücləndirilməsi konfranslarında QHT
təmsilçilərinin, gənclərin, mətbuat nümayəndələrinin iştirakı planlaşdırılır: "
Konfranslar Bakı, Gəncə və Quba şəhərlərində keçiriləcək. Konfranslarda sosial, iqtisadi, siyasi və s.
islahatlar və bu islahatların əhəmiyyəti, genişmiqyaslı islahatların vətəndaş
cəmiyyətinin inkişafındakı rolu və cəmiyyətin həyata keçirilən islahatların
icrasına münasibəti müzakirələr
aparılacaq. 3 ay
müddətinə həyata keçirilən layihə zamanı müxtəlif internet aksiyalar da təşkil olunacaq”.
BMAM
sədri Rufiz Qonaqov bildirib ki, layihənin həyata keçirilməsi ilə ictimaiyyət
siyasi sistemin həyata keçirdiyi sosial, iqtisadi, siyasi və s. islahatlarla
daha yaxından tanış olacaq: " Keçirilən genişmiqyaslı islahatlar vətəndaş
cəmiyyəti birlikləri həmçinin individual şəxslər arasında daha da effektiv
formada təbliğ olunacaq və vətəndaş cəmiyyəti ilə siyasi institutlar arasında
qərarların qəbul edilməsi və icrası mexanizmində yeni əlaqələrə nail olunacaq”.