Şriftin ölçüsü / 912

Mehriban Əliyevadan Amnistiya təşəbbüsü

17 May 2016 [17:20]
Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban Əliyeva 28 May - Respublika Günü münasibətilə amnistiya aktının qəbul olunması ilə bağlı Milli Məclisə müraciət edib.

Modern.az saytının məlumatına görə, bu barədə Milli Məclisin I vitse-spikerti Ziyafət Əsgərov bildirib. Onun sözlərinə görə, amnistiya aktının 10 min məhkumu əhatə edəcəyi gözlənilir.

Bu təşəbbüs nəticəsində 3500 məhkum azadlıqdan məhrum etmə yerlərindən azad olunacaq.

Mehriban Əliyevanın müraciətinə baxılması üçün Milli Məclis mayın 20-də iclas keçirəcək.

Bu, Azərbaycanın birinci xanımının amnistiya aktı ilə bağlı 4-cü müraciətidir.


Millət