Şriftin ölçüsü / 764

Ermənilər Tərtərin kəndlərini top atəşinə tutdu

14 May 2016 [12:59]
Erməni hərbi birləşmələri Tərtərin yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmağa davam edir. 20-dən çox mərmi Qazyan kəndinin əkin sahələrinə düşüb.

Tərtər rayon Qazyan kənd sakini Yasin Əliyev bildirib ki, yaşayış məntəqəsini hədəf alan ermənilərin atdığı mərmilərdən biri ondan 20 metr aralıda düşüb. Torpağa sancılan mərmi partlamadığı üçün Y. Əliyev xəsarət almayıb. Hazırda cəbhə xəttində gərginlik davam edir.


Millət