Şriftin ölçüsü / 958

Erməni tərəf itkilərinin bir qismini açıqladı

06 Aprel 2016 [11:58]

Ermənistanın təxribatlarına əks-həmlə ilə cavab verən Azərbaycan Sillahlı Qüvvələrinin 2-5 apreldə keçirdiyi uğurlu hərbi əməliyyat düşmən tərəf üçün sarsıdıcı olub. Ermənilər aldıqları cavab zərbələri nəticəsində itkilərini gizlətməyə çalışsa da, bunun miqyası o qədər böyük olub ki, bir qismini məcburiyyət qarşısında qalaraq açıqlamaq zorunda qalıblar.

Ermənilər rəsmən etiraf ediblər ki, Milli Ordumuzun ildirim sürətli əks-hücumu nəticəsində 29 hərbçiləri öldürülüb, 28-i isə itkin düşüb. 101 yaralı var. Ermənilərin həmçinin 14 tankı məhv edilib. Cəbhə xəttində bir sıra mövqelər itirilib.

Lakin müstəqil müşahidəçilər, media və informasiya qurumları,eləcə də şahidlər ermələrin açıqladıqları rəsmi rəqəmlərdən ən azı 3 qat artıq itkiyə məruz qaldığını bildirirlər.

Erməni mətbuatının verdiyi məlumatlara görə, Azərbaycan Ordusunun qəfil və gözlənilməz əks-hücumu psixololoji duruma da təsir göstərərək, xof və panika yaradıb.


Fərid Pəmbəkli