Şriftin ölçüsü / 875

Əbülfəs Qarayev Qətərdə səfərdədir

05 Aprel 2016 [17:16]
3 aprel tarixində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası və Körfəz ölkələri arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi və intensivləşdirilməsi məqsədilə Qətər Dövlətinin Doha şəhərinə səfər etmişdir. Səfər zamanı Azərbaycanın turizm potensialının təqdimatı keçirilmiş və buna həsr olunan mətbuat konfransı təşkil edilmişdir. Təqdimatda Azərbaycan turizm imkanları nümayiş olunmuş, sağlamlıq, ovçuluq, qış turizm növləri ilə bağlı çap məhsulları paylanmış və reklam çarxları göstərilmişdir. Nazir Əbülfəs Qarayev çıxışı zamanı qeyd edib ki, ölkəmiz Körfəz ölkələrindən gələn turistlərin sayının artmasında maraqlıdır və hər kəsi Azərbaycana dəvət edir.


Nisə Rəhimova