Şriftin ölçüsü / 662

YUĞ Dövlət Teatrının aktrisası Fəxri Fərmanla təltif olundu

11 Mart 2016 [16:03]

YUĞ Dövlət Teatrının aktrisası Təranə Ocaqverdiyeva Milli Teatr Günündə teatr sənəti sahəsində xidmətlərinə görə, Azərtbaycan Dövlət Mədəniyyət və Turizm Nazirliyinin Fəxri Fərmanı ilə təltif olundu.

Təranə Ocaqverdiyeva 1999-2000-ci ilərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, 2000-2005-ci illərdə Azərbaycan Dövlət Pantomima Teatrında, 2005-ci ildən isə Yuğ Dövlət Teatrında aktrisa kimi çalışır.

2005-ci ildə Murad İbrahimbəyovun "Üç qız” bədii filmində Pluşa rolunda çıxış edib.

Aktrisa Yuğ Dövlət Teatrında hazırlanan "O məni sevir”, "Şok”, "Viy”, "Eşq”, "Kölgə”, "Tabu”, "Axırdan sonra”, "Civilti”, "Vəsl”, "Bəlayi-eşq”, "Boy”, "Mister və Missis cəsəd” və s. tamaşalarda rol alıb.


Nazilə