Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov Sabirabadda seçiciləri ilə
görüş keçirib. 65 saylı Saatlı -Sabirabad-Kürdəmirseçkidairəsindəndeputat seçilən akademik Ə.Əmiraslanov seçicilərin
müraciətləri ilə tanış olub, onların problemləri ilə maraqlanıb.
YAP Sabirabad
rayon təşkilatında keçirilən görüşdə əvvəlcə millət vəkili Əhliman Əmiraslanov
çıxış edərək son illər respublikamızda əhalinin rifahının yüksəldilməsi üçün
görülən işlərdən söz açmış və Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin rəhbərliyi ilə Azərbaycandakı iqtisadi inkişaf, dövlətin daxili və
xarici siyasətində qazanılan uğurlardan bəhs etmişdir. O, bu uğurların davamlı
olması istiqamətində atılan addımlardan danışaraq Azərbaycan vətəndaşının rifah
halının yaxşılaşdırılması üçün görülən tədbirlərin davamlı olacağına əmin
olduğunu bildirib.
Sonra seçicilər çıxış edərək məmnuniyyətlə
qeyd ediblər ki, Əhliman Əmiraslanov mütəmadi olaraq seçiciləri ilə görüşlər
keçirib, həmişə seçicilərinin dərdinə şərik olub, insanları narahat edən
məsələlərin həllində onlara yaxından köməklik göstərib. Daha sonra görüşdə
iştirak edən seçicilər müxtəlif səpkidə problemləri ilə əlaqədar deputata müraciət
ediblər. Rayon sakinləri bəzi kəndlərdə məktəblə bağlı problemləri, müxtəlif sosial
məsələləri səsləndiriblər. Sabirabadlı seçicilər həmçinin səhiyyə sahəsində müəyyən yardım istəyiblər.
Əhliman Əmiraslanov bəzi məsələlərin həlli ilə bağlı yerindəcə müvafiq
tapşırıqlar verib, seçiciləri narahat edən digər problemlərlə bağlı isə müvafiq
strukturların rəhbərlərinə müraciət olunacağını bildirib.
Sabirabadda keçirilən görüşdə YAP Sabirabad rayon təşkilatının sədri Nadir Quliyev də iştirak
edib.