Şriftin ölçüsü / 790

ABŞ terroru dəstəkləyir?

23 Fevral 2016 [14:38]
ABŞ növbəti dəfə Türkiyədən terror təşkilatı PKK-nın Suriya qolu PYD-yə qarşı bobardımanı dayandırmağı tələb edib.

ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner bu tələbi keçirdiyi mətbuat konfransında səsləndirib.

Terror təşkilatı YPG -nin PKK ilə əlaqəsi olmadığını iddia edən Toner Türkiyənin narahatlığını anladıqlarını, bununla yanaşı YPG-nin Hələb ətrafındakı mövqelərinin vurulmasından da narahat olduqlarını deyib.

Bir jurnalistin "PYD/YPG-nin Əsədlə əməkdaşlıq etdiyinə inanırsınızmı" sualına Toner belə cavab verib.

"Açıqcası mən hbu haqda bir şey deyə bilmərəm. YPG-nin Hələb ətrafında torpaq ələ keçirməyə istiqamətli hərəkətlərini görürük. Lakin, YPG İŞİD-lə mübarizədə çox təsirli bir vasitədir."

Qeyd edək ki, bir neçə gün bundan öncə, ABŞ Milli Terrorla Mübarizə Mərkəzinin (NCTC) 2014-ci ildə PYD/YPG-ni terror siyahısına saldığı, 2015-ci ildə isə bu terrorçu təşkilatı terror siyahısından çıxartdığı bəlli olub.


Millət