Şriftin ölçüsü / 717

TRT ənənəsinə sadiq qalaraq Xocalı soyqırımını 25 və 26 Fevral tarixlərində canlı yayımlarla dünyaya duyuracaq

23 Fevral 2016 [14:16]

"TRT, Xocalının dinməyən çığlıq səsi və Türk Dünyası var olduqca o səs olmağa davam edəcək”

TRT ənənəsinə sadiq qalaraq Xocalı soyqırımını 25 və 26 Fevral tarixlərində canlı yayımlarla "TRT 1”, "TRT Haber”, ve "TRT Avaz” kanalları vasitəsilə dünyaya duyuracaq.

"TRT Avaz kanalından çəkiliş qrupu 24-26 Fevral tarixlərində Bakıda olacaq. Onlar Azərbaycanın ağrı-acısını Az TV texniki müvafiq dəstəyi ilə Qız Qalası və Xocalı abidəsi önündən canlı həyata keçirəcəklər.

TRT-nin Bakı təmsilçisi Yıldıray Arslanin verdiyi məlumata görə TRT Avaz Kanal koordinatoru Murat Akkoç və ‘’ Detay 13 ” proqramının aparıcısı Gökçən Oğanın rəhbərlik etdiyi çəkiliş qrupu 2 gün boyunca Bakıda silsilə canlı yayımlar həyata keçirəcəklər.

Yildiray Arslan hər il olduğu kimi anımı günlərində eyni həssaslıqla hazırlanan proqramların, Xocalı şahidlərindən alınan müsahibələrin, Xocalı sənədlərı - ‘’ Xocalı Dosyası’’ və kliplərin TRT Avaz , TRT Haber ekranlarından yayımlanacağını bildirdi.

Bununla yanaşı TRT Bakı Təmsilciliyinin hazırladığı "Xocalının Şahidləri” adlı 12 bölümdən ibarət program TRT kanallarında yayımlanacaq.


Nazilə