Şriftin ölçüsü / 721

TRT “Bilinməyən tarix: Nargin adası əsarəti” filminin çəkilişlərinə başlayır

22 Fevral 2016 [17:03]

TRT "Bilinməyən tarix: Nargin adası əsarəti” filminin çəkilişlərinə başlayır

TRT, "Bilinməyən tarix: Nargin adası əsarəti” sənədli filminin ikinci bölümünün çəkilişlərinə 23 Fevraldan start verir. Çəkiliş qrupu keçen ilin İyul ayında Azərbaycana ilk səfərini reallaşdırmışdı.

Sənədli filmin çəkilişləri Bakı, Nargin adası və Gəncədə aparılacaq.

TRT-nin Bakı təmsilçiliyinin rəhbəri Yıldıray Arslan çəkilişlərin 23-29 Fevrala-dək davam edəcəyini bildirib.

Film I Dünya müharibəsində rus ordusu tərəfindən əsir götürülən, Nargində saxlanılan Osmanlı əsgərləri və bu əsirlərə kömək əlini uzadan Azərbaycanlılardan bəhs edəcək.


Nazilə