65 saylı Saatlı-Sabirabad-Kürdəmirseçkidairəsindən deputat
seçilmiş Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov Saatlı rayonunda bir qrup seçiciləri ilə görüş keçirib. Görüş zamanı akademik Əhliman Əmiraslanov sakinləri maraqlandıran məsələlərdən söz açaraq son illər Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bölgələrdə,o cümlədən Saatlıda aparılan quruculuq
işlərindən, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata
keçirilən tədbirlər və nəzərdə tutulan yeni layihələr barədə məlumat verib.
Kənd sakinləri məmununiyyətlə qeyd ediblər
ki, Əhliman Əmiraslanov həmişə seçicilərinin dərdinə şərik olub, mütəmadi
olaraq seçiciləri ilə görüşlər keçirib və insanları narahat edən məsələlərin
həllində onlara yaxından köməklik göstərib. Görüşə toplaşanlar vurğulayıblar
ki, Ə.Əmiraslanov dəfələrlə ağır xəstəliyi olan insanların müayinə və müalicə
olunmasında onlara yardım edib və çoxsaylı ağır xəstələrin cərrahi əməliyyatını təşkil edib. Daha sonra
seçicilər onları narahat edən problemləri səsləndiriblər. Qaldırılan problemlər
əsasən sosial yönümlü məsələlərdən ibarət olub. Görüşdə iştirak edən, rayonun Nərimankənd,
Dəllər, Yeni Novruzlu, Musabəyli, Bəyli və digər kəndlərdən olan seçicilər
əsasən səhhətlərində üzləşdikləri problemlərin həllində Əhliman Əmiraslanovdan
yardım istəyiblər. Görüşdəhəmçinin, orta məktəblərin sosial problemləri, ali
məktəblərdə ödənişli təhsil, qazla təchizat və digər məsələlərlə bağlı məsələlər qaldırılıb.
Əhliman Əmiraslanov sakinləri narahat edən
problemlərlə sıx məşğul olduğunu və
müvafiq strukturların rəhbərləri ilə bu problemlərin həll olunması məqsədilə
görüşlər keçirdiyini seçicilərin diqqətinə çatdırıb: " Kəndlərin qazla təmin
olunması məsələsi ilə bağlı bildirmək istəyirəm ki, yaxın müddətdə Saatlıda
qazla təmin olunmamış bir kənd belə qalmayacaq. Əhalinin məşğuliyyəti üçün isə
yeni fermer təsərrüfatlarının yaradilması ilə bağlı müvafiq strukturlarla
müzakirələr aparırıq”.
Saatlıda keçirilən görüşdə YAP Saatlı rayon təşkilatının sədri Lütfəli Şıxəliyev də iştirak edib.