TRT Bakı Təmsilçiliyi 20 Yanvar faciəsinin ildönümünü dünyaya çatdıracaq
18 Yanvar 2016 [14:34]
TRT Bakı Təmsilciliyi ənənəsinə sadıq qalaraq 20
Yanvar faciəsinin 26 il dönümünü TRT kanalları vasitəsilə xəbər, proqram və klip şəklində dünyaya çatdıracaq.
"TRT Bakı
Təmsilciliyi AzTV-nin texniki dəstəyi ilə20 Yanvarhüzn gününü canlı
yayımlarla Şəhidlər Xiyabanından həyata keçirəcək”.
Canlı yayımda o gecənin şahidləri ilə yanaşı, Yeni Azərbaycan
qazetinin baş redaktoru Hikmət Babaoğlu, İqtisad Universiteti Türk Dünyası
İşlətmə Fakültəsi Beynəlxalq əlaqələr kafedrasinin müəllimi Nazim Cəfərsoy və TRT Bakı Təmsilçiliyinin müxbiri Səlim
Toprak iştirak edəcəklər.
"TRT Avaz” 20 Yanvar ümumxalq hüzün gününü
bütün Azərbaycan kanalları kimi anım günü olaraq qeyd edəcək. 20 Yanvar hüzn
gününə həsr olunmuş proqram, xəbər və
canlı bağlantılar "TRTHaber”, "TRTAvaz” və "TRTTürk”
kanallarında yayımlanacaq.