Şriftin ölçüsü / 998

Svetlana Alekseyiviçdən 15 təsirli sitat

18 Dekabr 2015 [17:34]

1901-ci ildən verilməyə başlayan Nobel mükafatı laureatçıları arasında ona qədər 5 rus dilli ədəbiyyatçı var idi: Bunin, Pasternak, Şoloxov, Soljenitsın, Brodski. Bu il Svetlana Alekseyeviç bu siyahını layiqincə artırdı. O, bütün işlərində insan həyatından dəyərli heç nəyin olmadığını göstərirdi. Yazıçının dünyaya verdiyi ikinci düşüncə isə budur: "İnsan” sözü hər zaman böyük hərflərlə yazılmalıdır.

Aşağıda Svetlana Alekseyiviçin dəyərli fikirləri əksini tapmışdır.

1. Bizdə heç vaxt dayanıqlı asfalt və baxımlı qazon olmayacaq. Ancaq qəhrəmanlar hər zaman tapılacaq.

2. Bu gün hamı danışmaq istəyir, ancaq heç kim bir-birini eşitmək istəmir.

3. Əgər müharibə unudulmasa çoxlu nifrət qazanılacaq. Müharibə unudulası olsa yeni səhifə yaranacaq. Keçmişdə belə deyərdilər.

4. Evdə yaşlıların olmağı yaxşıdır. Əgər onlar sağdırlarsa demək biz hələ də uşağıq.

5. Mətbəx bizim üçün tək yemək hazırlanan yer deyil- həmçinin, yeməkxana, qonaq otağı, kabinet və tribunadır.

6. Ölüm- həyatdakı yeganə ədalətli hadisədir. Bu günə kimi heç kim onu satın ala bilməyib.

7. Müharibə haqqında ele bir kitab yazmaq lazımdır ki, onun haqqında oxuyanda ürək bulansın və nifrətə layiq hislər yaransın. Generalların özlərinin belə ürəyi bulansın.

8. Qərb feministləri bizə öz fikirləri ilə gəlirlər: qadın da kişi kimi göylərə yüksəlməli, dənizə getməlidir. Cavabında isə- çaşqınlıq.

9. Bizim uşaqlarımız bizə bənzəmirlər. Bəs kimə bənzəyirlər? Bir-birlərinə bənzəyirlər. Öz zamanlarına bənzəyirlər.

10. Əgər bir insan sevgini tanıyırsa ona hər zaman müraciət etmək olar.

11. Yaddaşımız heç vaxt günahkar olmur.

12. Həyat gözəldir, alçaqdır amma o qədər də qısadır.

13. Nənəm dizi üstə oturardı və dua edərdi. Bizə də öyrədərdi: "Dua edin! Bu- dünyanın sonudur. Bizim günahlarımıza görə Allahın cəzasıdır”. Qardaşımın səkkiz, mənim isə altı yaşım var idi. Biz öz günahlarımızı xatırlamağa başladıq: Qardaşım moruq mürəbbəsi dolu bankanı sındırmışdı. Mən isə hasara ilişib təzə donumu cırdığımı anama etiraf edə bilməmişdim.

14. Mən fikirləşirəm ki, mənim əsas məqsədim- özümdə insanı qorumaqdır.

15. Moskvada Böyük Vətən müharibəsində həlak olan qəhrəman həkimlərə heykəl ucaldılmışdır. Qızıldan olmalı. Elə qızıldandır. Qızılın ən yüksək dərəcəsindən- insan yaddaşından, insan xeyirxahlığından.

Adme.ru

Tərcümə edən: Asya Cəlilova