Dünyanın ən simic qadını və onun heyrətamiz həyat hekayəsi
26 Oktyabr 2015 [14:01]
Bu gün haqqında bəhs edəcəyim Hetti Qrin Amerika
milyonerlərindən biri idi. Onu dünyaca məşhur edən milyonerliyi deyil, simic
olması idi.O qeyri-adi simic idi. Hetti gündəlik həyatında yuyunmurdu, ancaq
yulaf yeyərdi, təzə paltarlar almazdı, hətta oxunmuş qazetlərini belə satmaqdan
çəkinmirdi.Bəzi insanlar deyirdi ki, o ancaq yulaf yeyir.
Qrin 32 yaşında ikən Amerika milyonerlərindən olan
Edvard Qrinlə evlənmişdir.Və bu nikahdan onun iki övladı dünyaya gəlmişdir-Ned
və Sivilya.
Təəssüf ki, simicliyində o çox-çox irəliyə getmişdir.Belə
ki, oğlunun ayağında problem var idi və Hetti həkimlərə pul xərcləmək istəmədiyindən
oğlunun ayaqları amputasiya edilmişdir.
Pul israfına görə kasıblar üçün olan xəstəxanaya üz
tutmuşdur. Xəstəxanadakılar Nedanın kimin varisi olduğunu bildikdən sonra onu
buraya qəbul etməmişdirlər. Bundan sonra belə Hetti tək oğluna pullu xəstəxanaya
aparmamış evdə müalicəsinə davam etmişdir.Və nəticədə
Nedanın ayağı kəsilməli olmuşdur.Ancaq bu hal belə Hettini
ağıllandırmamışdı.Süni ayaq üçün də pul verməkdən boyun qaçırmış və növbəyə
yazılıb sadə , ucuz süni ayaq almışdı oğlu üçün.
Ağıllara belə sual gəlir.Hetti kimisə sevirdi mi? Bəli
sevirdi. Öz iti Devini sevirdi. Hetti tez-tez deyirdi ki, "Devi quyruğunu
oynadır və sadiq gözləri ilə məna baxır . Ona görə yox ki, mənim milyonlarım
var, ona görə ki, sahibinə sevgi ilə bağlıdır”.
Hetti Qrin simicliyinə görə Ginnesin rekordlar
kitabına düşüb.Kitaba düşdükdən sonra belə onun simicliyi kağız üzərində
qalmadı.Milyonlar qazanan qadının simicliyi ağılasığmaz dərəcədə
idi.Paltarlarını əski halına gəlmədən dəyişməzdi. Paltarın bəzi hissələrini
ancaq məcbur qaldıqda yuyurdu.Üstəlik Qrinin evində sabun olmurdu çünki o heç
vaxt yuyunmurdu. Təsəvvür etmək çətin deyil ki, bu milyonların sahibi qadın necə
"qoxu” saçırdı.Üstəlik xəstələnməməsi üçün tez-tez soğan çeynəyərdi.
Uşaqlar üçün paltar almalı olanda satıcı ilə hər
bir sentə görə bazarlıq edərdi.Həmçinin bu bazarlığı digər alış-verişlərində də
edərdi.Belə ki, ən ucuz çörəyi və piroqu alardı.Və bu mağazaya gəldiyi üçün
mağazadan təşəkkür əvəzi iti üçün pulsuz sümük tələb edərdi.
Hettinin yaxın qohumlarından biri əri ilə Avropaya
səyahətə gedir və öz uşaqlarını da Hettiyə əmanət edir.Uşaqların Hettigildə
keçirdikləri 2 ay həyatlarının ən "unudulmaz” hissəsi olur.Avropadan qayıdan
ailə gələn zaman uşaqlarını tanımır.Bu 2 ay ərzində Hettinin sayəsində uşaqlar
arıqlıqdan ayaq üstə dayana bilmirdilər.
Hetti Qrin 1834 cü ildə anadan olmuş, 1916 cı ilə
kimi yaşamışdır. Ölüm səbəbi iflic idi.Belə ki, süd növbəsində qiymətə görə
mübahisə edərkən iflic keçirmişdi.
Simicliyi hədsiz olan bu qadının təxəllüsü "Wall-Street-dən
olan cadugər” idi. Bəzi mənbələrə görə öldüyü zaman onun varidatı 100 bəzilərinə
görə isə 200 milyon dollar idi. Hetti Qrinin ölümündən sonra onun milyonları
qızı Silviyaya çatır. Və taleyin ironiyasıdır ki, Sivilya pulları ömür boyu
xeyriyyə işlərinə xərcləyir.