Şriftin ölçüsü / 759

“Bunun səhvən olmadığını düşünmürük”

06 Oktyabr 2015 [17:13]
NATO-nun baş katibi Yens Stoltenberq , Rusiyanın Suriyaya qüvvə toplamaqda davam etdiyini açıqlayıb:

"Rusiya qüvvələrinin Suriyada toplandığını və gücləndiyini görürük. Amma say haqda hələlik heç nə deyə bilmərik. Hazırda onu müşahidə edirik ki, Rusiya quru, hava və dəniz qüvvələrini Suriyaya cəmləşdirməkdə davam edir. Son həftələrdə gördüyümüz bu”.

Baş katib, Rusiya qırıcılarının Türkiyə hava məkanını pozmasına da toxunub:

"Bunun səhvən olmadığını düşünmürük”,- deyə baş katib bildirib.


Millət