Yay aylarında daha çox insan qida zəhərlənməsi
diaqnozu ilə həkimlərə müraciət edir. Səbəbi isə bir sıra
faktorlardan asılıdır. Qida zəhərlənmələrinin əsas əlamətləri, ondan qorunmaq
yolları və digər suallarımızı ATU-nun II daxili xəstəliklər kafedrasının
dosenti, baş toksikoloq İsmayıl Əfəndiyev cavablandırır.
Yay mövsümündə niyə qida zəhərlənmələrinin sayı
artır?
-
Birinci
növbədə iqlim şəraitinə görə. Biz bilirik ki, hava hərarəti çox olduqda müəyyən
patogen mikrobların da inkişafının çoxalma sürəti artır. Buna görə də yay
aylarında qida zəhərlənmələrinin sayı artır. Eyni zamanda bilirik ki, yayda bəzi
mövsüm xarakterli yeməklər, məsələn: meyvə, tərəvəz və bunların da insan tərəfindən
mənimsənməsi çox olur. Bu da müəyyən səbəblərə görə zəhərlənmələrin sayını artırır.
Əsasən zəhərlənmə halları nədən olur?
-
Əsas
zəhərlənmə səbəbləri qida məhsullarının düzgün saxlanılmaması. Soyuq zəncirin
pozulması, istehsal tarixi ötmüş malların qəbulu, dondurma, müəyyən ət məhsulları
məsələn dönər kimi qidaların yay zamanı saxlanılma müddəti çox az olur. Və 2-3
saat düzgün şəraitdə saxlanılmamasıdır. Bu da insanın qida zəhərlənməsinə yol açır.
Eyni zamanda, belə bir "qarpız” zəhərlənməsi yay aylarında çox aktuallıq kəsb
edir. Və insanlar düşünür ki, mən qarpızdan zəhərlənmişəm. Əksinə bu halların
99%-i qarpızdan və ya qarpızın tərkibindəki nitratlardan başqa kimyəvi maddələrdən
zəhərlənmə deyil. Sadə bir qida zəhərlənməsidir. Biz bilirik ki, qarpız ağacda
yox, torpaqda bitir və satışa veriləndə açıq yerlərdə saxlanılır, çox zaman evdə
də onu yumadan bir başa kəsirlər. Və həmin zaman onun tərkibində olan şirin
möhdəviyyətə mikrobları salırsız. Bir
neçə saatdan sonra həmin mikroblar, patogenlər orda inkişaf edirlər. Və beləliklə
siz qarpızı yedikdən sonra sizdə zəhərlənmə əlamətləri başlayır, ürək bulanma,
qusma, hərarət və s. Və beləliklə insanlar
belə hallarda qarpızdan zəhərləndiyini düşünür. Lakin bu sizdə qida toksikoinfeksiyasıdır.
Zəhərlənmə əlamətləri necədir?
-
İlk
növbədə bilmək lazımdır ki, qida zəhərlənməsi üçün bəzi hallarda inkubasiya
dövrü bir neçə saat olur. Yəni səhər bir süd məhsulu yeməklə siz özünüzdə
prodromal dövr hiss edəcəksiniz. Prodromal dövr dedikdə ümumi zəiflik,
halsızlıq, ürək bulanması, qusma, ishal və bədən hərarətinin qalxması nəzərdə
tutulur.
Zəhərlənmə müşahidə olunarkən ilkin yardım kimi nə
etmək lazımdır?
-
Birinci
növbədə çalışmaq lazımdır ki, mədə-bağırsaq yuyulması (çoxlu miqdarda sodalı ya
marqanslı su içmək) , bağırsağı təmizləyici imalə etmək, əgər bu mümkün
olmazsa, adi bir hər 10 kq bədən çəkisinə
1 tablet olmaqla kömür dərman vasitəsini əzib, onu 1stəkan suya qatıb içmək. Məs:
sizin çəkiniz 70 kq.-dırsa, 7 dərmanı əzib suda içmək vacibdir. Bunu içməklə
toksinlərin qana keçməsinin qarşısı alınır. Zəhərlənmənin inkişafının qarşısı
alınır. Lakin əgər artıq zəhərlənmə inkişaf etmişsə, onu ev şəraitində müalicə
etmək məsləhət deyil. Çünki çox pis ağırlaşmalar baş verə bilər. Təzyiq düşməsi,
infeksion toksiki şok keçirə bilər xəstə,
başqa insanlara xəstəlik yoluxa bilər və s.
Qida zəhərlənmələəri neçə növ olur? Ən ağırı
hansıdır?
-
Ən
ağır növ kimi, ən çox ölüm halları rast gəlinən Botulizm hesab olunur. Botulizm bilirsiz ki, düzgün şəraitdə
hazırlanmamış konservlərdən olur. Və anaerob şəraitində yəni oksigen olmayan şəraitdə
həmin botulotoksin əmələ gəlir və insanda botulizm adlı xəstəlik baş verir. Başqa
ağır qida zəhərlənmələrindən taun xəstəliyini
deyə bilərik, çox nadir hallarda biz buna rast gəlirik, qalan qida zəhərlənmələri
adətən stafilokok və s. kimi mikrob törərədici xəstəliklərdir. Və bunlarda
yüngül ağır və orta keçə bilər.
Bəs bağırsaq infeksiyaları zəhərlənmədə nə rol
oynayır?
-
Bağırsaq
infeksiyaları qida toksik infeksiyalarının sadəcə olaraq adıdır. Bu xəstəliklər
hamısı eynidir. Bəziləri qida zəhərlənməsi deyir, bəziləri bağırsaq
infeksiyaları, bəzsiləri qida toksik infeksiyaları deyir. Bütün bu adlar eyni xəstəliyin
sinonimləridir.