Şriftin ölçüsü / 657

TRT “Bilinməyən Tarix, Nargin Adası Əsarəti ” filminin çəkilişlərinə başladı

08 Iyul 2015 [15:40]

TRT "Bilinməyən Tarix, Nargin Adası Əsarəti ” adlı sənədli film çəkilişlərinə başladı. Sənədli filmın çəkilişləri Bakı, Nargin Adası və Gəncədə aparılır.

TRT Bakı Təmsilciliyinin rəhbəri Yıldıray Arslan çəkilişlərin 02-12 İyul 2015 tarixlərinə qədər davam edəcəyini bildirdi. Sənədli film, 1 Dünya müharibəsində Nargin Adasında Rus Ordusu tərəfindən əsir götürülən Osmanlı əskərləri və bu əsirlərə kömək əlini uzadan Azərbaycanlılardan bəhs edəcək.

TRT senedli filmin ərsəyə gəlməsində göstədikləri köməyə görə başda Azərbaycan Dövlət Televiziyası AZ TV, Azərbaycan Xarici İşlər Nazirliyi, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu və əməyi keçən hər kəsə minnətdarlığını bildirir.

İnaniriq ki, bu sənədli film Azərbaycan və Türkiyənin ortaq şanlı tarixinin bir parçası olacaqdır.


Nazilə