Şriftin ölçüsü / 711

Qiymətləndirilmə aparıldı

01 Iyul 2015 [12:53]

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Azərbaycan Ərazilərinin Erməni Silahlı Birləşmələri Tərəfindən İşğalı Nəticəsində İtki və Tələfatların Qiymətlədirilməsi Üzrə İşçi Qurupu və Beynəlxalq Diaspor Mərkəzinin (BDM) birgə təşkilatcılığı ilə beynəlxalq konfrans keçirilmişdir.

Konfrası giriş sözü ilə açan BDM sədri İsmayıl Ağayev Bakıda keçirilmiş ilk Avropa oyunları və bu oyunlarda ikinci yeri qazanması münasibəti ilə tədbir iştirakçılarını və bütün Azərbaycan xalqını təbrik etdi. Daha sonra İşçi Qurupunun rəhbəri Xanhüseyn Kazımlı məruzə ilə çıxış edərək rəhbərlik elədiyi Azərbaycan Ərazilərinin Erməni Silahlı Birləşmələri Tərəfindən İşğalı Nəticəsində İtki və Tələfatların Qiymətləndirilməsi Üzrə İşçi Qurupunun göstərdiyi fəaliyyət haqqında ətraflı məlumat verərək erməni təcavüzü nəticəsində ölkəmizə dəymiş ziyanla bağlı statistik rəqəmlər açıqladı. Eyni zamanda millət vəkili öz məruzəsində ölkəmizin işğala məruz qalmasına baxmayaraq bütün sahələrdə xüsusi ilə iqtisadi inkişaf baxımından regionun əsas dövlətlərinən biri olduğunu qeyd etdi. Məhz bu inkişafın nəticəsidir ki, ilk Avropa oyunları böyük təmtəraqla Azərbaycanda keçirildi.

Konfransda iştirak edən Beynəlxalq Avrasiya Qiymətləndirmə Asosasiyasının baş direktoru Trifonov Nikolay Yureviç, Gürcüstanan David Gatenadze, millət vəkili İlyas İsmayılov, BDM sədrinin müavini Samir Adıgözəlli, Moskovadan vokalist Tərlan Şəhbazı, BDM-in Yaxin Şərq üzrə nümayəndəsi Aleks Şapiro Süleyman, MQF idarə heyyətinin üzvü İradə Rzazadə və başqaları çıxış edərək Bakı 2015 ilk Avropa oyunlarının ən yüksək səviyyədə keçirilməsindən Azərbaycanın idman sahəsində əldə etdiyi üğürlardan danışdılar. Daha sonra İşçi qurupu tərəfindən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında fərqlənən şəxslərə fəxri fərman və hədiyyələr təqdim olundu. Tədbirin sonunda Sevinc Tofiq qizinin ilk Avropa oyunlarına bəsdələdiyi yeni klipi nümayiş etdirildi. Tədbirdə Gürcüstan, Rusiya, Ukrayna, Türkiyə, Qırğızıstan, Tataristan və İsraildən qonaqlar iştirak etmişdir.


Nisə Rəhimova