Şriftin ölçüsü / 634

Millətimizin təqdiri hər şeyin üzərindədir

08 Iyun 2015 [18:15]
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan maraqla gözlənilən ilk seçki açıqlaması gəlib.  Ərdoğan seçkinin ardından yeni bir müddətin başladığını bəyan edib və sabitliyin qorunması üçün siyasi partiyaları həssaslığa çağırıb:

"Bazar günü reallaşan seçkinin nəticələrinin, ölkəmiz və millətimiz üçün xeyirli olmasını arzu edirəm. Seçkilərdə iştirak nisbətinin yüksəkliyi, əziz millətimizin iradəsini qutuda əks etdirməsi demokratiya mövzusundakı dayanıqlılığının ifadəsidir.

Millətimizin təqdiri hər şeyin üzərindədir. Nəticələri heç bir partiyaya təkbaşına iqtidar imkanı vermədiyi mövcud vəziyyətin, yarışa qatılmış olan bütün partiyalar tərəfindən sağlam və həqiqi qiymətləndiriləcəyinə inanıram.

Seçki sonrasında başlayan bu yeni müddətdə, ölkəmizdəki sabitlik və güvən mühitinin, demokratik qazanclarımızın qorunması üçün bütün siyasi partiyaların lazımlı həssaslığı göstərmələri, məsul bir davranış sərgiləmələri böyük əhəmiyyət ifadə etməkdədir.

Seçkiyə diqqət göstərən əziz millətimizə, Yüksək Seçki Quruluna, el və mahal seçki quruluşlarına, təhlükəsizlik güclərimizə təşəkkür edir, nəticələrin ölkəmiz üçün xeyirli olmasını diləyirəm”.


Millət