YUĞ Dövlət Teatrının aktyoru Qasım Nağı “Humay” mükafatına layiq görülüb
28 Aprel 2015 [17:23]
"Bakılı” Beynəlxalq Mədəniyyət Cəmiyyəti və "Humay” Milli Mükafatı
Akademiyası tərəfindən təsis olunan "Humay” milli mükafatının 25-ci təqdimat
mərasimi keçirilib.
1993-cü ildə təsis edilən mükafat "Humay” Milli Mükafatı
Akademiyasının üzvləri tərəfindən hər il cəmiyyətin müxtəlif sahələrində
fərqlənən şəxslərə verilir.
Bu
dəfə "Humay" heykəlciyi teatr, kino, ədəbiyyat, musiqi, təsviri
sənət, jurnalistika, televiziya və idman sahəsində uğurlu fəaliyyət göstərmiş
tanınmış insanlara verilib.
Bu dəfə teatr nominasiyasında "Kafkadan salam”(F.Kafka, quruluşçu
rejissor Vaqif İbrahimoğlu) və "Fəna” (O.Fikrətoğlu, quruluşçu rejissor Mir
Sahib Ağayev) tamaşalarında yaratdığı obrazlara görə YUĞ Dövlət Teatrının
aktyoru Qasım Nağıyev "Humay”
mükafatına layiq görülüb.
Mükafata namizədlər Azərbaycanın yaradıcı ittifaqları və "Bakılı”
Beynəlxalq Mədəni Cəmiyyəti tərəfindən irəli sürülür. Laureatlar isə "Humay”
Milli Mükafatı Akademiyası üzvləri tərəfindən müəyyən edilir.
Qasım Nağı27 fevral 1974-cü ildə İsmayıllı rayonunun Təzəkənd kəndində anadan olmuşdur.
1996-cıildəADMİU-nun «Bədiiyaradıcılıq» fakültəsininteatrkollektivirejissorluğuşöbəsinibitirib. Tələbəvaxtlarından –1995-ciildənYUĞTeatrında çalışır.