Şriftin ölçüsü / 696

Türkiyə-İran münasibətlərinin gərginləşməsi kimlərə sərf edir?

30 Mart 2015 [14:58]
Martın 28-də İran rəsmiləri Türkiyə Prezidenti Ərdoğandan İrana gözlənilən səfərini təxirə salmağı tələb edəndən sonra iki ölkə arasında münasibətlər bir qədər də gərginləşib. Artıq Ərdoğan da bu çağırışlara münasibət bildirib. Sloveniya səfərdən öncə Atatürk Hava Limanında jurnalistlərin suallarını cavablandıran Türkiyə prezidenti, İranlı rəsmilərin tələblərinə də münasibət bildirib: "Gedərik və ya getmərik bunun qərarını biz verəcəyik. Hal-hazırda biz təbliğatımızda heç bir dəyişiklik etməmişik. Amma Yəməndəki proseləri də yaxından izləyirik. Yəməndəki hadisələr bizim üçün çox əhəmiyyətlidir. Qərarımızda dəyişiklikliyə səbəb olan addımlar baş verə bilər, amma hələlik proqramımızda heç bir dəyişiklil yoxdur.

Xatırladaq ki, İranla Türkiyə arasında baş verən gərginlik, prezident Ərdoğanın İranı Yəməndə vəziyyəti gərginləşdirməkdə ittiham etməsindən sonra baş verib.


Millət