Şriftin ölçüsü / 721

İŞİD-ə ən çox qoşulan ölkə vətəndaşları

05 Mart 2015 [15:07]
Qərargahı Parisdə yerləşən "Maliyyə Cinayətlərinə qarşı Beynəlxalq Qrup” təşkilatı vətəndaşları "İraq-Şam İslam Dövləti” (İŞİD) sıralarında döyüşən ölkələrin ilk onluğunu müəyyən edib.

Təşkilat ""İslam Dövləti” terror təşkilatının maliyyələşməsi” adlı hesabatında bu məlumatları yerləşdirib. Məlumata əsasən, terrorçu təşkilatın gəliri ildə 1 milyard dollara çatır.

İŞİD sıralarında 30 min nəfərinin döyüşdüyü, onlardan 19 minin 90 fərqli ölkədən gəlmiş əcnəbi olduğu bildirilir.

İŞİD sıralarında döyüşən əcnəbilərin 3 mini Tunis vətəndaşıdır. 2-ci yerdə gələn Səudiyyə Ərəbistanının 2,5 min vətəndaşı bu terrorçu qrupa qoşulub.
İordaniya (2,1 min vətəndaş) 3-cü, Mərakeş (1,5 min nəfər) 4-cü, Livan isə (890) 5-cidir.

Şimal qonşumuz Rusiya isə vətəndaşları İŞİD sıralarında çox sayda vuruşan 6-ci ölkədir. Rusiyanın 800 vətəndaşı hazırda İŞİD sıralarında qulluq edir.

Siyahıda Liviya (550), Böyük Britaniya (490), Fransa (410) müvafiq olaraq 7-ci, 8-ci və 9-cu pillələrdə qərar tutub. İlk onluğu Türkiyə (400) qapayır. (Modern.az)