Şriftin ölçüsü / 627

BMT Ukrayanın Donbas bölgəsində itkiləri açıqladı

24 Fevral 2015 [14:45]
Ukraynanın Donbas bölgəsində baş verən münaqişə nəticəsində ölənlərin sayı 5800 nəfərə çatıb.

Bu barədə BMT Humanitar məsələlər üzrə koordinasiya İdarəsinin yaydığı bəyanatda deyilir.

Bildirilir ki, münaqişə nəticəsində 1 milyondan artıq ukraynalı öz evini tərk etmək məcbur olub: "2014-cü ilin aprelindən Donbasdakı hadisələrin qurbanına çevrilən 5793 nəfərdən 63-ü uşaqdır. Hadisələr zamanı 14, 5 min nəfər, o cümlədən 169 uşaq xəsarət alıb”.

BMT həmçinin Ukraynanın hazırda ehtiyac duyduğu humanitar yardımın məbləğini də açıqlayıb - 316 mln. dollar.


Millət