Şriftin ölçüsü / 666

NATO-nun Baş Katibi ümidləndi

13 Fevral 2015 [17:24]
NATO baş katibi Yens Stoltenberq fevralın 12-də Minskdə Ukrayna böhranı ilə bağlı "Normand dördlüyü” səviyyəsində əldə edilmiş anlaşmanı alqışlayıb.

Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə "Reuters” agentliyi xəbər yayıb.

NATO baş katibinə görə, əldə olunmuş razılığın bəndləri ləngimədən həyata keçirilməlidir.

"Mən ümid edirəm ki, Minsk anlaşması Ukrayna konfliktinin dinc və etibarlı həllinə doğru addım olacaq” - deyəalyans rəhbəriəlavə edib.