Şriftin ölçüsü / 693

TRT-nin baş direktoru Bakıya ilk rəsmi səfər edəcək.

08 Dekabr 2014 [17:50]

Türkiyə Radio Televiziyası TRT-nin baş direktoru Bakıya ilk rəsmi səfər edəcək. Türkiyə - Azərbaycan Media əməkdaşlıq Proqramı (TAMEP) çərçivəsində reallaşacaq görüşlərin Bakı’da media idarəçiləri , akademiya , araştırma və qurumlarında keçirilməsi nəzərdə tutulur.

Şenol Göka, Beynelxalq Mətbuat Mərkəzində təşkil ediləcək ’’ Media qanunu, etika və hədəflər’’ mövzulu toplantıda iştirak edəcək.

TRT Baş direktoru Şenol Gökanın Azərbaycan Prezident Administrasiyası İctimai Siyasi Əlaqələr Şöbə Müdiri Professor Əli Həsənovla görüş planlaşdırılır.

TRT baş direktoru Şenol Göka nin səfəri çərçivəsində AZ TV, İTV və özəl Televiziya müdirləri ilə yanaşı Azərbaycan Mətbuat Şurasının Sədri ilə bir sıra görüşlər keçirəcək.

TRT Bakı Təmsilcisi Yıldıray Arslan’ın verdiyi məlumata əsasən ziyarət çərçivəsində iki ölkə kütləvi informasiya vasitələri arasında əməkdaşlıq və bu iş birliyinin genişləndirilməsi mövzuları müzakirə olunacaq.

11 Dekabrda başlayan ziyarət 13 Dekabr tarixinə qədər davam edəcək.


Nisə Rəhimova