Şriftin ölçüsü / 734

Ukrayna ATƏT-dən narazı qaldı

11 Noyabr 2014 [17:57]
Ukrayna ATƏT-dən ATƏT isə Ukraynadan narazıdır; hərbçilərinin dislokasiya yerlərinin Rusiya tərəfi üçün açılması vasitəçi missiyaya etirazlara səbəb olub

ATƏT-in Ukrayna hərbçilərinin dislokasiya yerləri haqqında Rusiya hərbçilərinə çatımlı informasiya yaymasını Ukrayna "üçtərəfli əməkdaşlıq” üçün ziyanlı sayır.

ATƏT Ukrayna hərbçilərinin dislokasiya yerləri ilə bağlı informasiya yayıb. Noyabrın 10-da Ukrayna və Rusiya təmsilçiləri ilə görüşən ATƏT-in Xüsusi Monitorinq Missiyasının müşahidəçiləri internetdəki rəsmi səhifələrində bu haqda detallı bilgi yerləşdirib.

Beləliklə də, Rusiya hərbçiləri Donetsk vilayətinın Karlovka kəndində yerləşdirilmiş Ukrayna silahlı qüvvələri haqqında detalları bilgi əldə ediblər. ATƏT hesabatın sonunda tərəflərlə geniş əməkdaşlığın vacib sayıldığını vurğulayıb.

ATƏT hesabatında antiterror əməliyyatı aparan Ukrayna hərbçilərinin Karlova yolunda monitorinq qrupu təmsilçilərini saxlayaraq sənəd tələb etdiklərindən də "şikayətlənib”. ATƏT müşahidəçiləri yalnız 2 saat yarım sonra sərbəst buraxılıb.

Ukrayna Müdafiə Nazirliyi isə durumdan narazıdır. Nazirliyin bu haqda yaydığı açıqlamada bildirilir ki, Ukrayna münaqişənin nizamlanması üçün bütün beynəlxalq təşəbbüsləri dəstəkləsə də hərbi informasiyaların münaqişə tərəfi üçün açıq olmasını bəyənmir.