Şriftin ölçüsü / 712

ABŞ Əsədə kömək edirmiş

31 Oktyabr 2014 [15:17]
ABŞ-ın müdafiə naziri Çak Heyqel ABŞ və koalisiya qüvvələrinin İŞİD-ə qarşı hücumlarının Bəşər Əsədin xeyrinə yaradığını etiraf edib.

Pentaqonda keçirilən mətbuat konfransında İŞİD hədəflərinin bombardmanının Əsəd rejiminə necə təsir etdiyi sualına Heyqel belə cavab verib:

"Əsəd, əlbəttə ki, bu hərbi əməliyyatlardan fayda görür. Ancaq Yaxın Şərqdə təhlükəsizliyi qorumaq üçün lazım gələnləri etdiyimizi düşünürük”.