Şriftin ölçüsü / 718

Vladimir Putin populyarlığını itirir.

28 Oktyabr 2014 [18:28]
 Rusiyanın lenta.ru portalına istinadən xəbər verilir ki, 2014-cü ilin avqustunda Putinin reytinqi pik nöqtəyə çatmışdı, indi isə azalır. Bunu Levada Mərkəzinin apardığı rəy sorğularının nəticələri də göstərir.

Belə ki, avqustda Rusiya seçicilərinin 57 faizi seçki olacağı təqdirdə indiki dövlət başçısına səs verməyə hazır olduğunu bildirmişdi. İndi isə bu rəqəm 49 faizdir. Tərəddüd edənlərin və səsverməyə getməyəcəklərini deyənlərin göstəriciləri də hesablananda məlum olur ki, Putinin reytinqi 83 faizdir. Bir ay əvvəl 87 faiz idi.

Nəşr qeyd edir ki, rəy sorğusu sentyabrın 26-dan 29-dək 1630 respondent arasında keçirilib. Statistik xəta ehtimalı isə 3,4 faiz həddində götürülüb.


Millət