Ukrayna Mərkəzi Seçki Komissiyası proporsional sistem üzrə səslərin yarısını – 50%-ni hesablayıb.
Ukrayna KİV-lərinin verdiyi məlumata görə, baş nazir Arseni
Yatsenyukun liderlik etdiyi Xalq Cəbhəsi 21,61% səslə irəlidədir.
Prezident Petro Poroşenkonun bloku 21,45% səs alıb.
"Özünəyardım” ("Samopomiç”) Birliyi 11,1%, "Müxalifətçi blok” 9,82%,
Radikal Partiya 7,38% və "Batkivşina” 5,69% səslə parlamentə keçə
biliblər. Millətçi "Svoboda” 4,69%-lə 5 faizlik baryeri keçməyə çox
yaxınlaşıb. Ali Radanın 225 deputatı proporsional, 119-u isə majoritar
sistem üzrə seçiləcək. Donbassdakı 26 dairədə seçki baş tutmayıb.
Xatırladaq ki, Ukraynada oktyabrın 26-da növbədənkənar parlament
seçkiləri keçirilib. Səsvermədə seçicilərin 52 faizi iştirak edib.
Seçkilərin ilkin nəticələri yeni Ali Radada avrointeqrasiyanın qatı
tərəfdarı olan Qərbyönlü çoxluğun formalaşacağını göstərir.