Şriftin ölçüsü / 709

ABŞ terrorçulara açıq dəstək verir?

17 Oktyabr 2014 [15:00]
ABŞ Dövlət Departamentinin sözçüsü Psaki PKK-nın Suriya qolu PYD ilə keçən həftə ilk dəfə birbaşa görüşdüklərini açıqlayıb.

Avropa.info xəbər verir ki, Psaki gündəlik mətbuat konfransında ABŞ-ın PYD ilə zaman-zaman vasitəçilər vasitəsilə görüşdüyünü, ötən həftə isə ilk dəfə birbaşa görüş keçirildiyini açıqlayıb.

Psakinin dediyinə görə, region xaricində reallaşan görüşdə ABŞ Xarici İşlər Nazirliyindən bir səlahiyyətli iştirak edib. PYD tərəfindən görüşdə iştirak edənin adı isə açıqlanmayıb.