Amerika Birləşmiş Ştatları dünya ölkələrinə İŞİD təhlükəsilə bağlı xəbərdarlıq edib.
Simsar.az-ın məlumatına görə, ABŞ-ın xəbərdarlığında bildirilir ki,
İŞİD-ə qarşı mübarizə koalisiyasına daxil bütün ölkələr terrorçuların
hədəfi ola bilər.
ABŞ-ın xarici İşlər Nazirliyi tərəfindən yayılan xəbərdarlıqda
bildirilir ki, koalisiyanın İŞİD-ə qarşı antiterror əməliyyatından sonra
fəallaşdığı bildirilir.
Qeyd edək ki, İŞİD terror təşkilatı tərəfindən də dünya mətbuatına
müraciətdə bəzi ölkələrdən dəstək istənilib. Müraciət əsasən Orta Şərq,
Şimali Afrika, Avropa və Asiya ölkələri olmaqla, bütün dünyaya
ünvanlanıb. Müraciətdə İŞİD dəstək istəyib.