Şriftin ölçüsü / 926

İD Türkiyəni təhdid etdi

09 Oktyabr 2014 [12:47]
"İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı Türkiyənin ABŞ-la birgə koalisiyada iştirak etməsi səbəbindən bu ölkəni açıq şəkildə hədələyib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, Türkiyə Böyük Millət Məclisində (TBMM) Suriya və İraq sərhədləri daxilində hərbi əməliyyatların keçirilməsinə razılıq verilməsi və dünən ABŞ-ın Kobanidəki İŞID güclərinə havadan zərbələr endirməsinin ardından təşkilat Türkiyəni təhdid edib.

İŞİD-in "İslam Dövləti” xəbər adlı Twitter ünvanından açıqladığı məlumatda deyilir: "Türkiyə səlib yürüşlərində iştirak etməsinin əvəzini ağır ödəyəcək”.

Türkiyə xəritəsinin üzərinə vizual şəkildə əl bombaları qoyulduğu iddia edilən təhdid mesajında bunlar da yer alıb: "Türkiyə bu döyüşə İslam dövlətinin qarşısında girsə, toxunulmaz qalacağını zənn etməsin. Türkiyənin içində "İslam Dövləti”nin minlərlə yatan hüceyrələri var. Bizim cavabımız çox sərt gələcəkdir”.