Şriftin ölçüsü / 594

Azərbaycandakı banklar haqqında monitorinq aparıldı

08 Oktyabr 2014 [13:43]

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2014-cü ilin sentyabr ayı üzrə analiz işini yekunlaşdırıb. Qeyd edək ki, şirkət ölkədə mövcud olan bütün qəzet, jurnal, sayt və televiziya üzrə sistemli monitorinq işini həyata keçirir. Mərkəz ölkəmizdə fəaliyyət göstərən yüzlərlə saytı, bütün qəzet və jurnalları və ölkə ərazisində yayımlanan TV-lərin monitorinqini əhatə edir.

Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sektorun analizini də aparır.Mərkəzdən "Millət"ə daxil olan şirkət bank sektoru ilə bağlı məlumatı təqdim edirik.

2014-cü ilin sentyabr ayında elektron mətbuatda, yəni sayt və portallarda banklarla əlaqəli 3163 xəbər yerləşdirilib. Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 380 xəbər dərc edilib, televiziya kanallarında banklarla bağlı isə 15 xəbər göstərilib. Ümumilikdə sentyabr ayı ərzində banklar 3558 xəbərlə ən maraqlı sahələrdən biri olaraq qarşımıza çıxır.

Sentyabr ayında qəzet və jurnallarda banklar haqqında 380 məlumat dərc edilib. Bu ay haqqında ən çox danışılan banklar isə aşağıdakılardır:

1. Kapital bank 43 xəbər

2. Azərbaycan Beynəlxalq Bankı 33 xəbər

3. Unibank 25 xəbər

4. Zaminbank 21 xəbər

5. Bank of Baku 18 xəbər

Sentyabr ayında televiziyada banklar haqqında 15 xəbər göstərilib:

1. Kapital bank 4 xəbər

2. Azərbaycan Beynəlxalq Bankı 3 xəbər

3. Unibank, Zaminbank və Paşa bank, hər biri 2 xəbər

4. Atabank və Bank VTB Azərbaycan, hər biri 1 xəbər

Saytlarda isə sentyabr ayında banklar haqqında 3163 xəbər yer alıb. Bu ay haqqında ən çox danışılan banklar:

1. Azərbaycan Beynəlxalq Bankı 311 xəbər

2. Kapital bank 249 xəbər

3. Bank of Baku 228 xəbər

4. Unibank 189 xəbər

5. Bank Respublika 121 xəbər



Elmir Rəhimov