Şriftin ölçüsü / 787

Ananın fəryadı

02 Sentyabr 2014 [11:23]
(hekayə)
Ananın övladları neçə illər idi ki,əsirlikdə idilər.Özü isə yarımcan idi.Bədənini bir hissəsi düşmən gülləsinə tuş gəlmişdi.Ancaq buna baxmayaraq, çətinliklə də olsa da,düşmən əlindən sağ salamat çıxarmış oğlanlarını böyüdürdü ki,onun qisasını alsınlar,əsirlikdə olan bacılarını xilas edib,düşmən tapdağında olan torpaqlarımızı azad etsinlər.Oğlanları böyüdükcə ana daha da sevinirdi.Axı necə sevinməsin ki,qisas günü yaxınlaşırdı.Oğlanları tərbiyəli, mərifətli uşaqlar idilər.Hər ikisi də biri birinə oxşayırdı.Anadan başqa heç kim onları seçə bilmirdi.Oğlanlar ibadətlə məşğul olmağa başladılar.Ana oğlanlarına baxıb fərəhlənirdi. Oğlanlar Allaha "yaxınlaşdıqca" bir birlərindən uzaqlaşırdılar."Qardaş"ların sayı artdıqca, qardaşlar arasında münasibətlər korlanırdı.İş o yerə gəlib çatdı ki,namazı da fərqli fərqli qılmağa başladılarArtıq zahiri görünüşləri də dəyişilmişdi.Əvvəlki oxşarlıqdan əsər əlamət qalmamışdı.Hərə özünü haqlı sayır,doğru yolda olduğunu bildirirdi.Dəfələrlə aralarında mübahisələr olurdu.Ancaq ananın vaxtında müdaxiləsi mübahisənin münaqişəyə çevrilməsinə imkan vermrdi.Ananın qəlbindəki sevinci kədər əvəz eləmişdi. Günlərin bir günü oğlanlardan biri anaya yaxınlaşaraq:-

"Ana mən Suriyaya gedirəm.Orada "qardaşlarımızı "qırırlar.Onlara kömək etmək lazımdır."-dedi.

Ana:-"Ay oğul sənin orada nə işin var.?Sənin bacıların əsirlikdədirlər.Vətənin bir hissəsi düşmən tapdağı altındadı.Bəs onları kim azad edəcək?.Mən sizi böyütdüm ki onları azad edəsiniz."-deyərək ağlamağa başladı.

Ana çox yalvardı,oğul eşitməyib getdi.

Bir neçə gündən sonra o biri oğul anaya dedi:-"Ana mən də Suriyaya gedirəm. Ana sevindi.Elə bildi ki oğlu qardaşını gətirməyə gedir.

O sevincək oğluna:-" Get ay bala,yolun açıq olsun, qardaşını da götür gəl.Onun orada nə işi var."-dedi. -"Yox ay ay ana mən onu gətirməyə getmirəm."-deyə cavab verdi. -Bəs niyə gedirsən ay bala?-Sual dolu baxışlarla oğlunun gözlərinə baxdı.

Oğlu qardaşının boş çarpayısını göstərərək;-"Bunlar orada baş qaldırıblar.Onları yerində oturtmaq üçün "qardaş"lara kömək etmək lazımdır.Onlarda gəlib bizə kömək edəcəklər"-deyib,anasının sösünə məhəl qoymayıb getdi. Suriyadan hər iki oğlanlarının ölüm xəbəri gəldi.Ana ağladı,fəryad etdi

Heç kim ananın fəryadını eşitmirdi.Eşitmək də istəmirdi.Ana ğorxurdu ki,sinəsi nə vaxtsa "qardaş"ların hərb meydanına çevirilə bilər.


Əbil Həsənov